Anastasiya Vladimirovna İvankova (d. 22 noyabr 1991; Minsk, Belarus) — Belarusu təmsil edən bədii gimnast. Anastasiya İvankova, 2008 və 2012-ci illərdə Belarusu Olimpiya Oyunlarında təmsil edib.
Anastasiya İvankova | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
belar. Настасся Уладзіміраўна Іванькова | ||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||
Vətəndaşlığı | Belarus | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Minsk, Belarus | |||||||||||||
Boyu | 170 sm | |||||||||||||
Çəkisi | 53 kq | |||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Anastasiya İvankova, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı.[1][2] O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Zinaida Lunina, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Anastasiya İvankova, növbəti dəfə Olimpiya Oyunlarına 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.