Qlafira Sergeyevna Martinoviç (d. 4 fevral 1989; Minsk, Belarus) — Belarusu təmsil edən bədii gimnast. Qlafira Martinoviç, 2004 və 2008-ci illərdə Belarusu Olimpiya Oyunlarında təmsil edib.
Qlafira Martinoviç | ||||||||
---|---|---|---|---|---|---|---|---|
belar. Глафіра Сяргееўна Марціновіч | ||||||||
Şəxsi məlumatlar | ||||||||
Vətəndaşlığı | Belarus | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Minsk, Belarus | |||||||
Boyu | 176 sm | |||||||
Çəkisi | 58 kq | |||||||
İdman növü | Bədii gimnastiкa | |||||||
Medallar
|
Qlafira Martinoviç, 2004-cü ildə Belarusun bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Nataliya Aleksandrova, Yeniya Burlo, Zlatislava Nersesyan, Qalina Nikandrova və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Qlafira Martinoviç, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.