Kseniya Sankoviç

Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib.

Kseniya Sankoviç
belar. Ксенія Андрэеўна Санковіч
Şəxsi məlumatlar
Vətəndaşlığı Belarus Belarus
Doğum tarixi (34 yaş)
Doğum yeri Minsk, Belorusiya SSR, SSRİ
Boyu 172 sm
Çəkisi 54 kq, 53 kq[1]
İdman növü bədii gimnastika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya BabuşkinaAlina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb.

Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankovaAlina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.

  1. Kseniya Sankovich. ESPN.