Anatol Abraqam

Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам;[10] 15 dekabr 1914[2][3][…]8 iyun 2011[4][5][…], Vitri-sür-Sen[9]) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973).

Anatol Abraqam
fr. Anatole Abragam
Doğum tarixi 15 dekabr 1914(1914-12-15)[2][3][…]
Vəfat tarixi 8 iyun 2011(2011-06-08)[4][5][…] (96 yaşında)
Vəfat yeri
Elm sahələri fizika, Nüvə fizikası[1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
  • Paris Elm fakültəsi[d]
Üzvlüyü
Mükafatları Grand Cross of the National Order of Merit Commander of the French Order of Academic Palms "Fəxri Legion" ordeni komandoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur. O, "kondensasiya olunmuş maddə fizikası və nüvə fizikasının tədqiqat metodları sahəsində görkəmli nailiyyətlərinə görə" 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir.[11]

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Biographie Anatole Abragam (fr.). Paris: 1953. ISSN 0083-9531; 2275-0908
  3. 1 2 Hommage à Anatole Abragam. Société Française de Physique.
  4. 1 2 Décès d'Anatole Abragam. Université Paris-Saclay.
  5. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. 1 2 list of professors at Collège de France.
  7. 1 2 Leidse Hoogleraren (nid.).
  8. 1 2 http://www.ras.ru/win/db/show_per.asp?P=.id-52957.ln-ru.dl-.pr-inf.uk-12.
  9. 1 2 Fichier des personnes décédées.
  10. "Электронная еврейская энциклопедия". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  11. Энциклопедический словарь. 2009. АБРАГАМ Анатоль.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Храмов Ю. А. Абрагам, Анатоль // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 5. — 400 с. — 200 000 экз.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]