Anatoli Nuriyev

Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti)[1] — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır.

Anatoli
Анатолій
Ümumi məlumatlar
Tam adı Anatoli Anatoli oğlu Nuriyev
Doğum tarixi (27 yaş)
Doğum yeri Mukaçevo,Ukrayna
Vətəndaşlığı Azərbaycan, Ukrayna
Boyu 182
Çəkisi 75 kq
Mövqeyi yarımüdafiəçi
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Sabah FK
Nömrəsi 9
Karyerası
Gənclik karyerası
2009–10 DYuFC Mukacheve 0 (0)
2010–11 BRW-BIK Volodymyr-Volynskyi 0 (0)
2011–12 DYuFC Mukacheve 0 (0)
Klub karyerası[* 1]
2013–16 Hoverla Ujqorod 0 (0)
2016–17 FK Sredniy 17(25)
2017–18 Stal Kamenski 7 (0)
2018–21 Minay FK 74 (36)
2021–22 Kolos FK 13 (1)
2018–21 Sumqayıt FK (icarə) 5 (1)
2018–21 Sabah FK 14 (2)
Milli yığma[* 2]
2019 Ukrayna Tələbə Komandası 3 (2)
2021 Azərbaycan 12 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra[2], 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir.[3] 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır.[4] Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.[5] "Minay" klubunda 3 il çıxış edir. Burada meydana çıxdığı 74 oyunda 34 dəfə fərqlənir.

2012-ci ildə futbolçu "Kolos" klubuna keçir. Ancaq Rusiyanın Ukraynaya hərbi təcavüzundən sonra icarə əsasında Azərbaycanın "Sumqayıt" klubuna keçir.[6] "Kolos"da 15 oyunda meydana çıxır və 1 qol vurur.

2022-ci ilin iyun ayında futbolçu "Sabah" klubuna transfer olunur.[7]

Milli komanda[redaktə | mənbəni redaktə et]

Onun Milli komanda karyerası 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən Yay Universiadasında başlayıb və burada Ukrayna tələbə komandasını təmsil edib.[8]

Futbolçunun atasının azərbaycanlı olmasına görə AFFA onu Azərbaycan yığmasına dəvət edir. Ancaq 2021-ci ilin fevral ayında futbolçunun bu təklifi rədd etməsi barədə xəbərlər mətbuatda yayılır.[9] Ancaq sonradan Azərbaycan Milli komandasına dəvəti qəbul edən futbolçu, 2021-ci il martın 24-də FİFA Dünya Çempionatının seçmə mərhələsində Portuqaliya ilə oyuna Azərbaycan millisində debüt edir.[10]

Karyera Statistikası[redaktə | mənbəni redaktə et]

Sonuncu dəfə 14 fevral 2023 tarixində yeniləndi [11]


Mövsum Komanda Çempionat Kubok Avropa Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
2013–2014 Hoverla 14 2 - - - - 14 2
2014–2015 15 0 - - - - 15 0
2015–2016 15 0 - - - - 15 0
2017–2018 Stal Kamenski 8 0 - - - - 8 0
2018–2019 Minay 23 9 3 0 - - 26 9
2019–2020 29 17 5 2 - - 34 19
2020-21 22 10 2 0 - - 24 10
2021-22 Kolos 13 1 1 0 2 0 16 1
2021-22 Sumqayıt (icarə) 5 1 - - - - 5 1
2022-23 Sabah 21 3 2 0 - - 23 3
Karyerasında toplam 120 41 13 2 2 0 135 43

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  2. "Arxivlənmiş surət". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  3. Anatoliy Nuriyev. FC Mynai
  4. "Nuriyev "Minay"la müqaviləni uzatdı". qol.az. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  5. Meta-ratings. "Millimizin hücumçusu Ukrayna klubundan ayrıldı". qol.az. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  6. qol.az. "Millimizin futbolçusu Azərbaycan Premyer Liqasına sifariş olundu". qol.az. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  7. "Anatoli Nuriyev Azərbaycanda klubunu dəyişdi". qol.az. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  8. Сборная Украины на Летней Универсиаде-2019: анонс, прогнозы, расписание игр, где смотреть Arxivləşdirilib 2022-02-25 at the Wayback Machine. Footboom. 1 iyul 2019
  9. "Anatoli Nuriyev də AFFA-nın təklifini geri çevirib?". rekord.az. İstifadə tarixi: 14 fevral 2023.
  10. "Portugal vs. Azerbaijan - 24 March 2021". Soccerway. 24 mart 2021. 14 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  11. Soccerway.com saytında profili (ing.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]