Anatoli Ryabov (16 aprel 1894[1], Lobaski kəndi, Nijnenovqorod vilayəli — 23 may 1938, Saransk) — erzyalı dilçisi, müəllim, ictimai xadim, professor, Latın qrafikası əsasında erzya əlifbasının qurucusu, 1938-ci ildə represiya qurbanı.
Anatoli Ryabov | |
---|---|
rus. Анатолий Павлович Рябов | |
Doğum tarixi | |
Doğum yeri |
Lobaski, Lyanovski qəzasi, Nijnenovqorod vilayəli, Rusiya imperiyası |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Saransk, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Dilçilik |
Elmi adı | professor |
İş yeri |
|
Təhsili | Mordoviya Dövlət Universiteti |
Tanınır | Dilçi alim |
Anatoli bir erzya kəndi olan Lobaskidə anadan olmuşdur. İlk əvvəllər Poçinovski dini məktəbində oxumuşdur. Daha sonra Nijenski pedaqoji institutunu bitirir (1916).
O, müəllimlər seminariyasında və Omskda pedaqoji texnikumunda filologiya fənləri üzrə dərs demişdir. 1922—1924-ci illərdə Nijneqorod vilayətinin təhsil bölməsinin əməkdaşı, 1924—1930-cu illərdə RSFSR milli azlıqlar Sovetinin Mordva bürosunun metodisti, SSRİ Ümummilli Ali Soveti yanında yeni əlifba bölməsi üzrə Ümumittifaq Mərkəzi Komitəsinin əməkdaşı vəzifəsində çalışmışdır. O, həmcinin latın qrafikası əsasında erzya əlifbasını hazırlamışdır (1932).
1934—1937-ci illərdə Saranski aqropedaqoji instutunun Mordov dilləri üzrə kafedrasının aparıcı üzvü olur. Anatoli Ryabov 1937-ci ilin iynunda həbs edilmiş və bir il sonra güllələnmişdir. 1956-cı ildə isə ona bərtaət verilmişdir.
Elmi-araşdırma işlərinə XX əsrin 20-ci illərinin ortalarında başlamışdır. Dmitri Burixanın rəhbərliyi altında SSRİ Elmlər Akademiyasının həyata keçirdiyi Birinci Dil fəlsəfəsi ekspedisiyasında iştirak edmişdir (1927). Erzya ədəbi dilinin dialektal əsasını müəyyənləşdirməklə məşğul olur.
30-cu illərdə dilçi-professor Yevgeni Polivanovun rəhbərliyi altınmda çalışmış və bu da onun inkişafına müsbət təsir göstərmişdir. Onunlar birlikdə «Erzya-Mordov dilinin sistematik təsviri qrammatikası» adlı kitabı yazmışlar. Bu kitabın iki hissəsi Çexiya Elmlər Akademiyasının arxivində saxlanılır (Praqa).
Mordova dilçiliyi sahəsində Ryabovun müəllif əmək işləri vardır: «Mordopvskie okonçaniya 1 i 2 pluralis praesents v bezovbektnom spyajenii», «O mordovıx obrozabaniyax nomina tewus pluralis tipa kile’k „tozağacı“» (1928), «Yeni əlifbada palatalaşdırmanın təyinatı məsələsi» (1932, «Erzya-Mordovski dilinin stressi haqqında», «Mordva dil qurultayının nəticələri (1933—1935)» (1936).
Ryabov erzya ədəbi dilinin vahid normaları üzərində işləmişdir. Erzyacanın iki orfoqarfik layihəsini hazırlamışdır.
Erzya dilinin orfoqrafiyası, morfologiyası və terminologiyası sahəsində problemlər üzrə Saransda keçirilən 1-ci (1933), 2-ci (1934), 3-cü (1935) elmi konfranslarda iştirak etmişdir.
O, həmçinin Mordova milli məktəblərdə tədris məsələlərinə, məktəblərin metodoloji ədəbiyyatla təmin etməsinə böyük əhəmiyyət verirdi.
Əlifbanın və bir çox elmi əsərlərin müəllifi və həmmüəllifidir: «Valdo çi» — «İşıqlı gün» (1925), «Lisma prya: Bukvarde meyle lovnoma kniqa» — «Bulaq: astardan sonra oxumaq üçün kitab» (1926); «Erzya dili dərsləri»; məktəbli dərslikləri — «Erzyan kelen qramatika (Morfologiya)» — «Erzya dilinin qramatikası (Morfologiya)» (1933), «Erzyan kelen qramatika (Sintaksis)» (1934); iki dilli lüğət — «Erzyan-ruzon valkske» — «Erzya-Rusca lüğət» (1930), «Ruzon-erzyan valkske» — «Rus-erzyanca lüğət» (1931).
Ryabov Saransk Aqropedagoji İnstitutunda müasir Erzya ədəbi dilindən dərs demişdir.