Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu.
Anaxanım İsmayılova | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Anaxanım İsmayılova | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
İdman növü | Boks | |||||||
Medallar
|
Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu.[1]
Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[2]
2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[3]
Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.[4]
Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[5]
COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/16 final mərhələsindəcə Ukrayna nümayəndəsi Tatyana Koba məğlub oldu (RSC) və mübarizəsini dayandırdı.[6][7]
Daha sonra Anaxanım İsmayılova 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. İsmayılova 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Yaroslava Marinçuha qalib gəlsə də (3:2), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Kaitlin Fryersa məğlub oldu (0:5) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[8]
Anaxanım İsmayılova 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. İsmayılova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Hindistan nümayəndəsi Zareen Nixata məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.[9]
Avropa Çempionatı | Rumıniya | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Avropa Oyunları | Azərbaycan | |||
Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Avropa Olimpiya Təsnifat Turniri | Fransa | |||
Avropa Çempionatı | Monteneqro | |||
Dünya Çempionatı | Hindistan |