Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi.[1] Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir.[2]