Andris Berzinş (latış. Andris Bērziņš; 10 dekabr 1944[1]) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner.
Andris Berzinş | |
---|---|
latış. Andris Bērziņš | |
| |
8 iyul 2011 – 7 iyul 2015 | |
Əvvəlki | Valdis Zatlers |
Sonrakı | Raymonds Veyonis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1944[1] (79 yaş) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, bankir |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib.
1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi[2].
1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini. Xalq Deputatları Şurasına və Valmiera bölgəsinin icra komitəsinə rəhbərlik etdi.
1990-cı ildə Latviya Ali Şurasına seçildi, Latviya Xalq Cəbhəsi fraksiyasında çalışdı. 4 may 1990-cı il müstəqilliyin bərpasına səs verdi.
1993-cü ildə — Latviya Bankında özəlləşdirmə fonduna rəhbərlik etmişdir.
1993–2004-cü illərdə — "Latvijas Unibanka" ASC -nin prezidenti.
dekabr 2006-cı il — aprel 2009-cu ildə — Latvenergo İdarə Heyətinin sədri.
2006–2010-cu illərdə könüllü olaraq Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.
AS Unibanka[3] Skandinaviska Enskilda Bankının prezidentinin müşaviri olaraq çalışdı.
Təqaüdə çıxdıqdan sonra Berzins yenidən aktiv siyasətə qayıtdı. 2005-ci ildə Yaşıllar və Kəndlilər Birliyindən Riga Şəhər Şurasına namizəd oldu[4].
2 noyabr 2010-cu ildən — Latviya 10-cu Seyminin Deputatı və fraksiyanın üzvü. 4 noyabr 2010-cu ildən — üzv, 8 noyabrdan isə Seymin İqtisadi, Kənd Təsərrüfatı, Ekoloji və Regional Siyasət Komitəsinin sədri. 4 noyabr 2010-cu ildən — Seym Sorğuları Komissiyasının üzvü. 17 mart 2011 – 25 may 2011-ci illərdə —Parex Banka ASC-nin qanunsuz olaraq alındığı və yenidən qurulduğu ilə əlaqədar Parlament İstintaq Komissiyasının üzvü.
2 iyun 2011-ci ildə prezident seçkilərində iştirak etdi və ikinci turda V. Zatlersə 43-ə qarşı 53 millət vəkilinin səsini qazanaraq qalib gəldi . 8 iyul 2011-ci ildə rəsmi olaraq vəzifəsinə başladı[5][6][7]. İkinci prezidentlik yarışına qatılmadı.