Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur.[2] Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir.[3]
Andryus | |
---|---|
Andrews County | |
32°18′00″ şm. e. 102°38′24″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1910 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
co.andrews.tx.us | |
Vikianbarda əlaqəli mediafayllar |
Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.[4]
1917-1918-ci illərdə qar fırtınaları və güclü quraqlıqdan ciddi zərər çəkmiş rayon əhalisinin yarıdan çoxu azalmışdır. Ancaq 20 və 30-cu illərdə əhalinin sayı pambıq və sorqo istehsalının dirçəldilməsi ilə tədricən bərpa olundu. Bundan başqa, 20-ci illərin sonunda "Deep Rock Oil" neft şirkətinin fəhlələrinin tətilindən sonra ətrafda neft sənayesi inkişaf etməyə başladı. 40-cı və 50-ci illərdə Andryus rayonunun ərazisində 100-dən artıq yeni neft yatağı tapılmışdır ki, nəticədə rayon əhalinin və rifahın görünməmiş artımı yaşandı. 70-ci illərdə qeyri-neft zavodları yaranmağa başladı.[5]
ABŞ siyahıyaalma bürosunun məlumatına görə, Andryus rayonunun sahəsi 3888 km2, bunlardan 3887 km2— quru və 1 km2— su səthi (0,02%) təşkil edir.
Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Andryus rayonunda 13 004 nəfər yaşayırdı, 4601 ev təsərrüfatı və 3519 ailə var idi. Əhalinin sıxlığı km2-də təxminən 3 nəfərdir. Əhali arasında ağlar 77,08%, qara və ya Afrikalı amerikalılar 1,65%, hindilər 0,88%, asiyalılar 0,71%, avstraliyalılar 0,02% və digər irqi növlər – 16,79% vardır. Əhalinin 40%-i ispan və ya latın amerikalılarıdır.
Rayondakı yaş kateqoriyaları üzrə göstəricilər aşağıdakı kimi olmuşdur:
Orta yaş 34 yaşdır. Hər 100 qadına 96,3 kişi düşür.
Texas ştatı | ||
---|---|---|
Mövzular |
Memarlığı | İqlimi | Mətbəx mədəniyyəti | Hökumət | Tarixi | Qanunlar | Simvollar | İdman| | Nəqliyyat | Səhiyyə | |
Texas ştatının rayonları |
Ayriyon | Anderson | Andryus | Ancelina | Apton | Apşur | Aranzas | Armstronq | Arçer | Ataskosa | Bandera | Bastrop | Beyli | Beylor | Bell | Berlson | Bernet | Bi | Blanko | Borden | Boske | Brazos | Brazoriya | Braun | Brisko | Bruks | Bruster | Bui | | |
Sosial Həyat |
Mədəniyyət | Cinayət | İqtisadiyyat | Təhsil | Qumarbazlıq |