Andryus (Texas)

Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur.[2] Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir.[3]

Andryus
Andrews County
32°18′00″ şm. e. 102°38′24″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1910
Sahəsi
  • 3.888 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 18.610 nəf. (1 aprel 2020)[1]
Digər
co.andrews.tx.us
Xəritəni göstər/gizlə
Andryus xəritədə
Andryus
Andryus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.[4]

1917-1918-ci illərdə qar fırtınaları və güclü quraqlıqdan ciddi zərər çəkmiş rayon əhalisinin yarıdan çoxu azalmışdır. Ancaq 2030-cu illərdə əhalinin sayı pambıqsorqo istehsalının dirçəldilməsi ilə tədricən bərpa olundu. Bundan başqa, 20-ci illərin sonunda "Deep Rock Oil" neft şirkətinin fəhlələrinin tətilindən sonra ətrafda neft sənayesi inkişaf etməyə başladı. 40-cı və 50-ci illərdə Andryus rayonunun ərazisində 100-dən artıq yeni neft yatağı tapılmışdır ki, nəticədə rayon əhalinin və rifahın görünməmiş artımı yaşandı. 70-ci illərdə qeyri-neft zavodları yaranmağa başladı.[5]

ABŞ siyahıyaalma bürosunun məlumatına görə, Andryus rayonunun sahəsi 3888 km2, bunlardan 3887 km2— quru və 1 km2— su səthi (0,02%) təşkil edir.

Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Andryus rayonunda 13 004 nəfər yaşayırdı, 4601 ev təsərrüfatı və 3519 ailə var idi. Əhalinin sıxlığı km2-də təxminən 3 nəfərdir. Əhali arasında ağlar 77,08%, qara və ya Afrikalı amerikalılar 1,65%, hindilər 0,88%, asiyalılar 0,71%, avstraliyalılar 0,02% və digər irqi növlər – 16,79% vardır. Əhalinin 40%-i ispan və ya latın amerikalılarıdır.

Rayondakı yaş kateqoriyaları üzrə göstəricilər aşağıdakı kimi olmuşdur:

  • 31,5% - 18 yaşadək sakinlər,
  • 8,1 – 18-dən 24 yaşadək,
  • 27,3% - 25 yaşdan 44 yaşadək,
  • 20,5% - 45-dən 64 yaşa qədər və
  • 12,5% - 65 yaşdan çox sakinlər.

Orta yaş 34 yaşdır. Hər 100 qadına 96,3 kişi düşür.

  1. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  2. "State & County QuickFacts". Arxivləşdirilib 2011-10-18 at the Wayback Machine United States Census Bureau. İstifadə tarixi: 8 Dekabr, 2013.
  3. "Find a County". National Association of Counties. Bu mənbədən 31 may, 2011 tarixində arxivləndi. İstifadə tarixi: 2011-06-07.
  4. "Texas: Individual County Chronologies" Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine. Texas Atlas of Historical County Boundaries. The Newberry Library. 2008. İstifadə tarixi 20 May, 2015.
  5. "2010 Census Gazetteer Files" Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine. United States Census Bureau. August 22, 2012. İstifadə tarixi: 18 Aprel, 2015.


Texas ştatı
Mövzular

Memarlığı | İqlimi | Mətbəx mədəniyyəti | Hökumət | Tarixi | Qanunlar | Simvollar | İdman| | Nəqliyyat | Səhiyyə

Texas ştatının rayonları

Ayriyon | Anderson | Andryus | Ancelina | Apton | Apşur | Aranzas | Armstronq | Arçer | Ataskosa | Bandera | Bastrop | Beyli | Beylor | Bell | Berlson | Bernet | Bi | Blanko | Borden | Boske | Brazos | Brazoriya | Braun | Brisko | Bruks | Bruster | Bui |

Sosial Həyat

Mədəniyyət | Cinayət | İqtisadiyyat | Təhsil | Qumarbazlıq