Ani zərbə (ing. Sudden Impact) filmi rejissor Klint İstvud tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Məşhur "Çirkin Harri"nin yeni macəralarıdır. Detektiv Harri Kallahan bu dəfə müəmmalı qətl işini araşdırır. Filmdə əsas rolları Klint İstvud[1], Sondra Lok, Pet Hinql, Bredford Dillman, Pol Dreyk və Odri Ninen ifa edirlər.
Ani zərbə | |
---|---|
Sudden Impact | |
Janr |
döyüş cinayət triller |
Əsas mövzu | qisas[d] |
Rejissor | Klint İstvud |
Prodüser | Klint İstvud |
Ssenari müəllifləri |
Erl Smit Çarlz Pirs |
Baş rollarda |
Klint İstvud Sondra Lok Pet Hinql Bredford Dillman Pol Dreyk Odri Ninen |
Operator | Bryus Surtis |
Bəstəkar | Lalo Şifrin |
İstehsalçı | Warner Brothers[1] |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 1983, 3 fevral 1984[2], 9 dekabr 1983[3] |
Müddət | 117 dəq., 115 dəq. |
Büdcə | 22.000.000 $ |
Gəlir | 67.642.693 $[4], 150.000.000 $ |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1983 |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko |
IMDb | ID0086383 |
Detektiv Harri Kallahan müəmmalı qətl işini araşdırır. Onun bu araşdırması San-Fransisko merinin ürəyincə deyil. Harri qətlin qurbanlarından birinin izilə San-Paulo şəhərinə gəlir. O, burada seriyalı qatil Cennifer Spenserin izinə düşür. Bu qadın onu və kiçik bacısını vaxtilə zorlayan kişiləri öldürür. Lakin, bu işi araşdıran Harrini San-Paulo polisi də narazılıqla qarşılayır və hər vəchlə onun şəhəri tərk etməsini istəyirlər...[1]
Klint İstvud- Harri Kallahan
Sondra Lok — Cennifer Spenser
Pet Hinql — kapitan Cenninqs
Bredford Dillman — kapitan Briqqs
Pol Dreyk — Mik
Odri Ninen — Rey Parkins