[2]Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir.
Anilin | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C6H5NH2 |
Molyar kütlə | 93.1265 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,8786 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 6.3 °S |
Qaynama nöqtəsi | 184.13 °S |
Öz-özünə yanma temperaturu | 615 ± 1 °C[1] |
Buxarın təzyiqi | 0,6 ± 0,1 mm Hg |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 62-53-3 |
PubChem | 6115 |
RTECS | BW6650000 |
ChEBI | 17296 |
BMT nömrəsi | 1547 |
ChemSpider | 5889 |
Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır).
Sənayedə anilini 2 mərhələdə alırlar. Birinci mərhələdə benzolu qatı nitrat və sulfat turşusu ilə 50-600 C temperaturda nitrolaşdırırlar, nəticədə nitrobenzol əmələ gəlir. İkinci mərhələdə nitrobenzolu katalizator iştirakında 200-3000 C temperaturunda hidrogenləşdirirlər :
İlk dəfə nitrobenzolun reduksiyası dəmir ilə aparılmışdır :
Başqa üsulla anilini nitrobirləşmələri reduksiya etməklə alırlar- Zinin reaksiyası :
Anilin üçün həm amin qrupunda, həm də aromatik halqada reaksiyalar xarakterikdir. Bir tərəfdən benzol halqası amin qrupunun əsası xassəsini alifatik aminlərə və hətta ammonyaka nisbətən zəiflədir. Digər tərəfdən aminqruplarının təsirindən benzol halqası əvəzetmə reaksiyalarına benzola nisbətən daha aktiv daxil olur. Yaxşı halogenləşir, nitrolaşır və sulfolaşır.
[3]Alifatik aminlərdən fərqli olaraq, aromatik aminlər asanlıqla oksidləşirlər. Buna misal olaraq xrom qarışığının anilinlə reaksiyasını göstərmək olar. Bu reaksiya nəticəsində “ qara anilin “ boyağı alınır.
Nitrit turşusu ilə anilin diazonium kationu əmələ gətirir :
Bu reaksiyadan fenolun alınmasında istifadə olunur. Ancaq xlorid turşusu əvəzinə durulaşdırılmış sulfat turşusu götürülməlidir :
[4]Anilinin xlorid turşusu ilə qarşılıqlı təsirindən fenilammonium xlorid alınır :
[5]Əvəllər anilini nitrobenzolu molekulyar hidrogenlə reduksiya etməklə alırdılar ki, nəticədə çıxım 15%-dən çox olmurdu. Qatılaşdırılmış xlorid turşusunun dəmirlə qarşılıqlı təsirindən alınan atomar hidrogen molekulyar hidrogendən aktiv olduğuna görə Zinin reaksiyası anilin alınmasında daha əlverişli üsuldur. Burada nitrobenzol anilinə reduksiya edilir. Anilindən həm də süni kauçuk istehsalında da istifadə edilir.
Anilin mərkəzi əsəb sisteminə neqativ təsir göstərir. Anilinin buxarları orqanizmə tənəffüs yolları ilə, hətta dəri vasitəsilə də keçə bilər. Anilinlə zəhərləndikdə zəiflik, baş gicəllənmə, baş ağrıları, dodaqların göyərməsi müşahidə olunur. Bundan əlavə ürəkbulanma, qusma da olur. Anilinlə xroniki zəhərlənmədən toksiki hepatit və psixi-əsəb pozuntuları baş verir.