Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cirəgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Cirəgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır. Hər meyvədə 5 zəif qabırğa vardır. Bunlar qabarıq olmaqla, 3-ü qabarcığın üzərində 2-si isə yanlarda yerləşirlər. Güclü aromat iylidir. Şirin-ədviyyəli dadlıdır.
İyun-iyul aylarında çiçəkləyir, avqust ayında isə yetişir.
Münbit, məhsuldar və bərəklətli torpaqlarda yaşamağı sevir.
Çətirlərinin 60-80%-i qonurlaşdıqda əllə və ya maşınla biçilməlidir. Biçildikdən sonra kölgə şəraitində naves altında qurudulur, döyülərək qarışıqlardan təmizlənir və təkrar olaraq brezent üzərinə sərilir. Efiryağlı xammal anbarlarda kisələrin içərisində saxlanılır. Saxlama müddəti 3 ildir.
Meyvənin tərkibində 1-3%, bəzən 6% efir yağı vardır. Efir yağının tərkibində anetol (80-90%), metilxavikol (10%), cirə aldehid, cirə keton və cirə turşusu vardır. Adi cirəgülünin meyvələrinn tərkibində piyli yağlar (15-30%), zülali maddələr 29-31°С temperaturda sıxlaşdırıldıqda isə (20%) piyli yağlar alınır. Öskürəkkəsici dərmandır.
Adi cirəgülünin meyvələri, xammalı dərman hesab edilir. Öskürəkkəsici dərmandır. Qarışıqların tərkibinə (sinə qarışığı № 3; işlədici qarışıq №2) daxildir.
Cirə yağındakı anetol tənəffüs yollarının selikli qişasına təsir edir. Belə ki, tənəffüs yollarında kirpikli epitel hüceyrəsinı aktivləşdirərək, sekresiyanı gücləndirir və bəlğəmin evakuasiyasına səbəb olur. Həm də antiseptik xassəyə malikdir. Bronx və bağırsaqlardakı saya əzələlərə təsir edərək, spazmını aradan qaldırır, iltihabsorucu, sidikqovucu təsir edir və südverən qadınların südünü artırır.
Öskürəkkəsici dərman kimi yuxarı tənəffüs yollarının iltihabında, difteriyada təyin edilir. Farmakoloji cəhətcə tərkibindəki efir yağı sorucu və spazmalotik təsirə malikdir. Cirə meyvələrindən hazırlanan yağ bronxdan bəlğəmin durulaşdırılmasına təsir etməklə, çıxarılmasını tezləşdirərək, bakterisid təsir edir. Traxeid, laringit, bronxit, difteriya, xroniki bronxopnevmoniya və tonzillit xəstəliklərində çox yaxşı təsir edir. Cirə preparatlarını eyni zamanda qastrit, meteorizm, atonik qəbizlik və digər mədə-bağırsaq traktının xəstəliklərində müvəffəqiyyətlə tətbiq etmək mümkündür. Meyvələri sistit, pielonefrit, uretritdə yüngül sidikqovucu, həm də antiseptik və spazmolotik təsirə malikdir. Mamalıqda və genekologiyada meyvələri antispastik, sidikqovucu təsirdən başqa, keyfiyyətli köməkçi, yardımçı dərman kimi menstruasiya və doğuş fəaliyyətini də stimullaşdırır. Meyvələrinin xoşagələn ətrinə görə ət, balıq sıyıqlarının tərkibinə, kələm turşusuna, xiyar və pomidorun duza qoyulmasında istifadə edilir.