Anka

TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur.

Anka-S
Tipi Pilotsuz uçuş aparatı
İstehsalçı Türkiyə TAI
Baş konstruktor Türk Aerokosmik Sənayesi
İlk uçuş 30 dekabr 2010
İstismara verilmə tarixi Aprel 2013
Status Aktiv xidmətdə[1]
İstismarçılar Türkiyə Hərbi Hava Qüvvələri
Türkiyə Daxili İşlər Nazirliyi
İstehsal ili 2010–davam edir
Buraxılış sayı 58[2]
Hazırlanma dəyəri 200 milyon ABŞ dolları[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz QüvvələriDaxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi.[4]

Variantları[redaktə | mənbəni redaktə et]

ANKA-A[redaktə | mənbəni redaktə et]

Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi.[5]

ANKA-S[redaktə | mənbəni redaktə et]

ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra ANKA-S-nin qəbul prosesi başa çatdı.

ANKA-S 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S "Türksat 4B" peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.

ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.[4]

2020-ci ilin iyul ayında yerli resurslar hesabına inkişaf etdirilən portativ peyk rabitə sistemləri "Anka-S" PUA-sına inteqrasiya edilib. "CTech Mobil" adlandırılan sistem hər cür şəraitdə, gündüz və gecə, sabit və dönən qanadlı təyyarələrdə, eləcə də PUA kimi yüksək sürətli platformalarda istifadə edilə bilir. Saniyədə 20 meqabayt qədər məlumat ötürməyə imkan verən sistemin ümumi çəkisi 24 kiloqramdır.[6]

Taktiki-texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Anka daim təkmilləşdirilir və müasirləşdirilir. 2018-ci ildə Anka PUA-na ASELSAN tərəfindən təkmilləşdirilən "Cats HD" gecə/gündüz kamerası inteqrasiya edilib.[7]

Ümumi göstəriciləri[redaktə | mənbəni redaktə et]

  • Uzunluğu: 8 m
  • Qanad uzunluğu: 17.3 m
  • Hündürlüyü: 3.4 m
  • Maksimum qalxma çəkisi: 1600 kq
  • Güc təminatçısı: 1 × Thielert Centurion 2.0 dörd silindrli mühərrik (155 at gücü)

Uçuş keyfiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Maksimum sürət: 217 km/s
  • Məsafə: 4896 km
  • Döyüş radiusu: 200 km
  • Dözümlülük: 200 kq faydalı yüklə 24 saat havada qala bilir
  • Uçuş tavanı: 9144 m

İstifadəçilər[redaktə | mənbəni redaktə et]

İxracı[redaktə | mənbəni redaktə et]

  • 23 noyabr 2012-ci ildə Misirlə Türkiyə arasında 10 ədəd Anka PUA-nın satışı ilə əlaqədar müqavilə imzalanmışdır.[8][9] Buna baxmayaraq, 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra iki ölkə arasındakı diplomatik münasibətlərə son qoyulmuşdur ki, bu da müqavilənin ləğv edilməsinə səbəb olmuşdur. Bəzi mənbələr isə əvvəlcədən satış üzrə razılaşmanın əldə olunmadığını bildirmişdir.[10]
  • 2013-cü ilin aprelində Səudiyyə Ərəbistanından olan rəsmilər Anka PUA-na maraq göstərmişdilər.[11] 2017-ci ilin noyabr ayında tükiyəli rəsmilər 2013-cü ildən etibarən tərəflər arasında 6 ədəd PUA-nın satışı ilə bağlı danışıqların davam etdiyini, lakin hələ heç bir rəsmi müqavilənin imzalanmadığını açıqlamışdır.[12]
  • 2020-ci ilin mart ayında Tunis 6 ədəd "Anka-S" PUA-sının və üç yerüstü idarəetmə stansiyasının alınması üçün TAI ilə 240 milyon dollarlıq müqavilə imzalayıb.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Soncan, Emre. "Mass production of Turkey's first national UAV imminent". Today's Zaman Newspaper. 24 yanvar 2013. 24 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2018.
  2. "Arxivlənmiş surət". 2021-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-21.
  3. "TAI's troubled pride: Anka and Hürkuş". Turkish Weekly. 6 yanvar 2015. 2015-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
  4. 4,0 4,1 4,2 "Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı TAI (HƏRBİ EKSPERT) - II HİSSƏ". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  5. "Türkiyənin səmadakı uğuru: Yerli PUA-lara ümumi baxış". 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  6. "Türkiyənin "Anka-s" PUA-larına yeni peyk rabitə sistemi quraşdırılıb". 2020-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  7. ASELSAN ANKA-nı təkmilləşdirməyə davam edir — FOTO [ölü keçid]
  8. "TAI to sell Anka UAVs to Egypt". 2012-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
  9. "Egypt to Buy Anka UAVs". 2012-12-01 tarixində arxivləşdirilib.
  10. "'Turkey suspends delivery of ANKA drones to Egypt'". Hürriyet Daily News. 14 avqust 2013. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26. There never was an agreement between Turkey and Egypt for the sale of the Turkish drone ANKA
  11. "Saudi Arabia could be interested to buy the future Turkish main battle tank Altay and UAV Anka". Armyrecognition.com. 28 aprel 2013. 2013-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
  12. "Saudis in talks with TAI to buy six Anka turkish drones". defensenews.com. 17 noyabr 2017. 2017-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]