Ankara (viski)

Ankara viskisi1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi.

Ankara viskisi
İstehsalçı TEKEL (1963-2004)
Mey (2004-2011)
Diageo (2011)
Mənşəsi
Yaradıldığı il 1963
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.[1]

1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.[2]

Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı.[3]

İstehsal texnikası və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıldüyü istifadə edilmişdir. Texniki məsələlərdə ŞotlandiyaAmerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur. 50 ildən çoxdur fəaliyyətə başlayan Ankara viski müxtəlif ölçülü və növ şüşələrə malikdir, amma ləzzət və dadı baxımından fərqlilikləri elə də çox deyil. Həmçinin, istehsalı dayandırıldıqdan sonra istifadə olunan püstə istehsalı və Şotlandiya tipli mis pərçimləri xarici bir şirkət tərəfindən alınaraq Amerikaya, çənləri isə Fransaya göndərildi.[4]

  1. "Ankara Viskisi: Türkiye'nin İlk, Tek ve "ne yazık ki" Son Viskisi". & Viski (türk). 12 aprel 2018. 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
  2. "Ankara Viskisi". Agos (türk). 2019-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
  3. Kazancıoğlu, Latifhan; Arslan, Elif; Turan, Muhammet İkbal; Türkeli, Ali Ekber; Vural, Damla. "Türkiye'nin ilk ve son yerli üretim viskisi: Ankara Viskisi". İbrahim Mert Öztürk, HIST 200-9 (2018-2019 Spring) ; 5 (Turkish). 2019. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
  4. "Ankara Viskisi, Fiyatı, Satış, Nerede Bulabilirim". Viski Fiyatları (türk). 4 yanvar 2020. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.