Atatürk Meşə Ferması (əvvəllər Meşə Ferması və Qazi Meşə Ferması) — Mustafa Kamal Atatürkün 5 may 1925-ci ildə, Ankarada müasir bir ferma qurulması üçün verdiyi təlimat ilə qurulmuşdur.
Atatürk Meşə Ferması | |
---|---|
39°56′24″ şm. e. 32°47′44″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Ankara |
Tikilmə tarixi | 1933 |
Rəsmi sayt | aoc.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyəni müstəqilliyə qovuşdurduqdan sonra, "Milli iqtisadiyyatın təməli əkinçilikdir. Bunun üçündür ki əkinçilikdə inkişafa böyük əhəmiyyət verməliyik. Kəndlərə qədər yayılacaq proqramlı və praktik işlər bu məqsədə çatmağı asanlaşdıracaq. Lakin bu həyati işi isabətlə məqsədə çatdıra bilmək üçün, əvvəlcə ciddi dərslərə söykənən bir əkinçilik siyasəti tətbiq etmək və onun içində hər kəndlinin və bütün vətəndaşların asanca qavraya biləcəyi və sevərək tətbiq edə biləcəyi bir əkinçilik rejimi qurmaq lazımdır" deyərək əkinçiliyə verdiyi prioriteti ifadə etmişdir. "Yaşılı görməyən gözlər rəng zövqündən məhrumdur. Buranı elə ağaclandırın ki kor bir insan da yaşıllıqlar arasında olduğunu fərq etsin" deyərək Atatürk Meşə Fermasının qurulmasına öncüllük etmişdir.
Atatürk ölkənin tanınmış əkinçilərini Çanqaya köşkünə çağıraraq Ankara ətrafında müasir bir ferma qurmaq istədiyini bildirmiş və bu məqsədəuyğun bir ərazi tapmalarını əmr etmişdi.
Tamamlanmasının ardından Atatürk, bu fermanı dövlət xəzinəsinə bağışlamış və bu gün də "Dövlət Əkinçilik İşlətmələri" adı altında fəaliyyətini davam etdirməkdədir.