Anna Novosad (ukr. Ганна Ігорівна Новосад 28 iyul 1990[1], Ladıjin[d], Vinnitsya vilayəti) — Ukraynanın dövlət xadimi və siyasətçisi. 29 avqust 2019-cu il tarixindən[2][3] 4 mart 2020-ci ilə qədər Ukraynanın Təhsil və Elm naziri olmuşdur[4].
Anna Novosad | |
---|---|
ukr. Ганна Ігорівна Новосад | |
Doğum tarixi | 28 iyul 1990[1] (33 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | ictimai xadim[d], siyasətçi |
Partiyası | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Ukrayna Humanitar Litseyini bitirib. 2011-ci ildə Kiyev-Moqilan Akademiyasının Milli Universitetindən siyasi elmlər üzrə bakalavr dərəcəsi almışdır. Açıq Cəmiyyət Fondunun (Soros Fondu) təqaüdçüsü kimi Maastricht Universitetinin (Hollandiya) İncəsənət və Sosial Elmlər Fakültəsində tələbə mübadiləsi proqramında iştirak etmək üçün namizəd olur. 2013-cü ildə Avropa təhlili üzrə magistr təhsili almışdır (ing. Analyzing Europe)[5][6]. İngilis və alman dillərini mükəmməl bilir[7].
Ukrayna-Kanada Parlament Proqramının iştirtaçısı olur. 2012-2013-cü illərdə İspaniya və Çexiyadakı analitik mərkəzlərində təlim keçmişdir[6].
2014-cü ilin mart ayından Ukraynanın Təhsil və Elm Nazirliyində çalışmışdır. Təhsil və elm naziri Sergey Kvitin müşaviri vəzifəsini icra etmişdir. 2014-cü ilin noyabrından[5] 2017-ci ilin dekabr ayına qədər Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avropa inteqrasiyası şöbəsinə rəhbərlik etmişdir. 2017-ci ilin dekabr ayında Strateji Planlaşdırma və Avropaya İnteqrasiya Direktorluğunun baş direktoru təyin edilir[8].
"Xalqın xidmətçisi" partiyasından deputatlığa namizəd olur[9]. Avqustun 29-da xalq deputatı olması ilə bağlı şəhadətnaməni alır. Hazırda Kiyevdə yaşayır[10].
29 avqust 2019-cu ildə Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyir, Anna Novosad Ukraynanın Təhsil və Elm naziri təyin edilir[11]. Elə həmin gün Facebook sosial şəbəkəsindəki postu üzərində qalmaqal baş verir, burada Ukraynadakı nisbətən qısa mətndə 10-dan çox səhv edir[12][13]. Avqustun 30-da Nazirliyin binasında rəsmi səlahiyyət verilir[14].
4 mart 2020-ci il tarixdə Ukrayna Ali Radasının qərarı ilə vəzifəsindən azad edilir.