Anna Zayler fəvvarəsi

Anna Zayler fəvvarəsi (alm. Anna-Seiler-Brunnen‎) İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.[1]

Anna Zayler fəvvarəsi
Anna-Seiler-Brunnen
Xəritə
46°56′53″ şm. e. 7°26′39″ ş. u.HGYO
Ölkə  İsveçrə
Şəhər Bern
Yerləşir Bern
Tikilmə tarixi 1545—1546
Material Əhəng daşı, dəmir
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545–1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki qeyim var. Onun qeyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdir[2].

Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (alm. Kefibrunnen‎, Chefi — Bern ləhcəsində "həbsxana" deməkdir). Fəvvarənin hazırkı adı Bern Xəstəxanasının təsisçisi Anna Zaylerin adından götürülmüşdür[3].

  1. "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
  2. Inselspital website-Home Page Arxivləşdirilib 2010-09-26 at the Wayback Machine accessed April 25, 2008  (alm.)
  3. Copy of Anna Seiler's will, translated into modern German Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine accessed April 25, 2008  (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]