Annett adası (ing. Annette Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasından təxminən 1,2 km cənubda yerləşir. Təxminən 18 km uzunluğa və eyni enə malikdir. Adanın sahəsi 332,57 km²-dir. Ada 1879-cu ildə Amerika təbiətşünası və Alyaska araşdırmaçısı Vilyam Doll tərəfindən həyat yoldaşı Annett Vitney Dollun şərəfinə adlandırılmışdır[1]..
Annett adası | |
---|---|
ing. Annette Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 332,57 km² |
Uzunluğu |
|
Eni | 18 km |
Əhalisi | 1.447 nəfər (2000-ci il) |
Yerləşməsi | |
55°08′06″ şm. e. 131°27′21″ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2000-ci il siyahıyaalınmasına görə, adanın əhalisi 1447 nəfərdir[2], onlardan 1375 nəfəri statistik cəhətdən təcrid olunmuş Metlakatla bölgəsində yaşayır. Əhalinin əksəriyyətini simşyanlar təskil edir. Bütün ada hindu rezervasiyasıdır (Alyaska ştatında yeganə).
Annet adasında ərazinin ağac sənayesinin mirası olan torpaq yollar şəbəkəsi vardır[3].