Revilyahihedo adası (ing. Revillagigedo Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Revilyahihedo adası | |
---|---|
ing. Revillagigedo Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2755 km² |
Uzunluğu |
|
Eni | 56.327,04 m |
Hündür nöqtəsi | 1321 m |
Əhalisi | 13.950 nəfər (2000-ci il) |
Yerləşməsi | |
55°40′ şm. e. 131°20′ q. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın uzunluğu 89 km, eni 48 km və 2755 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 12-ci və dünyanın 166-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə:
Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir. Adını ingilis səyyahı Corc Vankuver 1789-1794-cü illərdə Yeni İspaniyanın qrafı Xuan Visente de Quemesin (II Revilyahihedo) şərəfinə qoymuşdur.
2000-ci il siyahıyaalınmasına görə, adada 13.950 nəfər yaşayırdı. Onların böyük əksəriyyəti Keçingen (13.025 nəfər[1]) və Saksman (431 nəfər) şəhərlərində yaşayır. Hər iki yaşayış məntəqəsi ölkənin cənub hissəsində, bir-birindən təxminən 4 kilometr aralıda yerləşir.
Adanın sakinlərinin əsas məşğuliyyəti balıqçılıq (Ketçiken digər xüsusiyyətləri ilə birlikdə “Dünya qızılbalığının paytaxtı” adlanır), ağac emalı və konserv istehsalıdır.
Ketçiken hava limanı qonşu Qravina adasında fəaliyyət göstərir.