Anortozit (fr. anorthose – plagioklaz) — qabbro qrupu süxuru. Əsas, yaxud orta plagioklazlardan ibarətdir. Tərkibində cüzi miqdarda rəngli minerallara rast gəlinir. İki növü var: 1) bitovnitli anortozitlər; 2) labradorlu, yaxud andezinli anortozitlər.
Anortozit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Sinonimləri: labradorit, plagioklazit. İridənəli struktura malikdir. Rəngi – açıq bozdan qarayadəkdir. Anortozitlər 1 milyard il bundan əvvəl formalaşmış iri maqmatik komplekslər (Ukrayna, Kanada, Finlandiya) və əsas-ultraəsas intruziyaların tərkib hissəsini (CAR, Avstraliya, Kanada və s.) təşkil edirlər. Anortozit Ay "materikləri"nin əsas süxurlarındandır. Anortozitlərin maqmatik komplekslərində titanın, xromun, platinin yataqlarına rast gəlinir. Göy və mavi çalarlı növündən (labrodoritdən) üzlük və məmulat daşı kimi istifadə olunur.[1]