Anqel Qahona

Angel Qahona (tam adı: Angel Eduardo Qahona Lopez, isp. Ángel Eduardo Gahona López, 14 yanvar 1976, Manaqua21 aprel 2018, Blufilds[d]) — Nikaraqua jurnalisti, müxbiri və kinooperatoru. O, 21 aprel 2018-ci ildə, Prezident Daniel Orteqaya qarşı keçirilən etiraz aksiyaları zamanı[1][2] "Noticiero El Meridiano" internet kanalı üçün "Feysbuk" sosial şəbəkəsində birbaşa efirdə olarkən öldürülmüşdür.[3] Hadisə Nikaraqua ictimaiyyətində böyük iğtişaşa səbəb olmuşdur.[4][5]

Angel Qahona
Doğum tarixi 14 yanvar 1976(1976-01-14)
Doğum yeri
Vəfat tarixi 21 aprel 2018(2018-04-21) (42 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist, diktor, reportyor

Angel Eduardo Qahona Lopez 14 yanvar 1976-cı ildə Nikaraquanın paytaxtı olan Manaqua şəhərində keşiş ailəsində anadan olmuşdur.[6][7] O, bir müddət Venezuelada yaşamış, burada kameralarla məşğul olmuşdur.[8] Ali təhsilini Nikaraquanın Karib Sahilinin Muxtar Regionları Universitetində rabitə elmləri üzrə alan Qahona, məzun olduqdan sonra Blufilds şəhərində köçmüşdür.

Qahona 2004-cü ildə Miqelyuit Sandoval ilə evləndikdən sonra həyat yoldaşı ilə birlikdə "Noticiero El Meridiano y Meridiano Radio" təşkilatına qoşulmuşdur.[9] Burada, Qahona müxbir, Sandoval isə təqdim edən olaraq işləmişdir.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evli idi, iki uşağı var idi.[6][11]

2018-ci ilin aprel ayının ortalarında Nikaraquada Prezident Daniel Orteqaya və həyat yoldaşı vitze-prezident Rosario Muriloya qarşı etiraz aksiyaları dalğası başlamışdır.[12] Hadisələrin gərginləşməsi ilə birlikdə 164–200 nəfər həlak olmuş, 1,200-dən çox insan isə yaralanmışdır.[13][14]

21 aprel 2018-ci ildə,[15] gecə vaxtı Qahona "Noticiero El Meridiano" təşkilatının "Feysbuk" səhifəsində birbaşa efir başlatmışdır. Onun yayımı Nikaraquanın OMON qüvvələri və mülki şəxslər arasında olan münaqişəni və hökumət tərəfindən silahlandırılan dəstələrin zorakılığını əhatə edirdi.[16] Buna görən bir dəstə üzvü Qahonaya atəş açır. O, bir neçə dəqiqə sonra, xəstəxanaya aparılan zaman həlak olur.[17]

Dəfn edilməsi

[redaktə | mənbəni redaktə et]

Qahona bazar ertəsində, 23 aprel 2018-ci ildə Blufilds şəhərində dəfn edilmişdir.[18] Dəfn mərasiminə çoxlu etirazçılar da qoşulmuşdur. Qatilin həbs edilməsini istəyən etirazçılar zorakılığın sona çatmasını da tələb etmişdir. Qahonanın qardaşı Xuan hadisənin aydınlaşdırılmasını və münasib bir istintaq istəmişdir.[19]

  1. "El periodista Ángel Gahona muere mientras transmitía en directo las protestas en Bluefields, Nicaragua". BBC Mundo. 22 aprel 2018. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  2. "El periodista Ángel Gahona muere mientras transmitía en vivo protestas en Nicaragua". El Comercio (Perú). 22 aprel 2018. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  3. "¡Indignación! Asesinan a periodista de un disparo que filmaba el vivo las protestas en Nicaragua (+Video)". El Nuevo País. 22 aprel 2018.[ölü keçid]
  4. "(+VIDEO) ASESINAN PERIODISTA DE UN DISPARO EN LA CABEZA MIENTRAS CUBRÍA MANIFESTACIÓN EN NICARAGUA". Punto de Corte. 22 aprel 2018. 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  5. "Ciudadanos rinden homenaje a Ángel Gahona, el periodista asesinado en las protestas en Nicaragua". La Prensa (Nikaraqua). 27 aprel 2018. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  6. 1 2 ""No pensé que él iba a grabar su propia muerte": hermana del periodista asesinado en Nicaragua". Univisión. 23 aprel 2018. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  7. "GoFoundMe de Ángel Gahona". 2018-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  8. "Ángel Gahona, periodista asesinado en Nicaragua vivió en Venezuela donde aprendió a ser camarógrafo". Noticiero Digital. 22 aprel 2018. 2018-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  9. "PTX Costa Rica: Tecnología para Transparencia y Rendición de Cuentas" (PDF). PTX Costa Rica. 22 aprel 2018. 2018-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-20.
  10. "¿Quién era Ángel Gahona, el periodista asesinado en Nicaragua?". CRHOY. 22 aprel 2018. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  11. "Ángel Gahona: El periodista nicaraguense que silenciaron a tiros mientras reportaba en vivo". El Venezolano News. 22 aprel 2018. 2018-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  12. "Nicaragua: dos meses de protestas y más de 170 muertos". El País. 14 iyun 2018. 2018-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  13. "Gobierno de Nicaragua confirma tres muertos en protesta". DW. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  14. "Violencia en medio de protestas en Nicaragua deja ya 5 muertos y 88 heridos". EFE. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  15. "SNTP repudia asesinato de periodista nicaragüense Ángel Eduardo Gahona". Hoy. 22 aprel 2018. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  16. Reddasion. "Asesinan a periodista durante protestas en Nicaragua" (ispan). La Prensa de Nicaragua. 22 aprel 2018. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  17. "Asesinan al periodista Ángel Gahona en Bluefields". Confidencial. 22 aprel 2018. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  18. Redassion. "Obispos de Costa Rica apoyan 'diálogo fructífero' en Nicaragua" (ispan). La Prensa de Nicaragua. 23 aprel 2018. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  19. Redassion. "Bluefields entierra este lunes al periodista asesinado durante protestas contra Ortega" (ispan). Teletica. 23 aprel 2018. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]