Nikaraqua etirazları — 18 aprel 2018-ci il tarixində Nikaraqua Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. Aksiyaların beşinci günündə ümumi olaraq, 30 nəfər həlak olmuşdur. Hadisələrin nəticəsi olaraq, 2007-ci ildən bəri ölkənin prezidenti olan Daniel Orteqa gələcək islahatları ləğv etmişdir. Bu hərəkətlərə cavab olaraq, müxalifət illərlə davam edən siyasi repressiyalara baxmayaraq, Orteqanın vəzifədən azad olmasını tələb etmiş və prezidenti devirmək üçün etiraz aksiyalarına qoşulmuşdur.[14] Etiraz aksiyaları dalğası Orteqa hakimiyyətində baş verən ən böyük etiraz aksiyaları, Nikaraqua inqilabından sonra ölkədə baş verən ən ölümcül mülki münaqişə olmuşdur.[15]
2018-ci il Nikaraqua etirazları | |||||
---|---|---|---|---|---|
| |||||
Yer | Nikaraqua | ||||
Tarix | 18 aprel 2018 – h.h. | ||||
Səbəb |
|
||||
Əsas məqsəd |
|
||||
Nəticə |
Davam edir
|
||||
Təşkilatçılar |
Etirazçılar
|
||||
İştirakçı sayı |
Yüz minlərlə[3] |
||||
Əleyhdarları | |||||
Həlak olanlar | 264–448[6][7][8] | ||||
Yaralananlar | 2,800+[9][10][11][12] | ||||
Həbs olunanlar | 350+[13] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İğtişaşın bir nəticəsi olaraq, Nikaraqua ictimaiyyəti, eləcə də beynəlxalq qurumlar növbəti prezident seçkilərinin daha erkən keçirilməsini tələb etmişdir. Avropa İttifaqı bu hərəkəti dəstəkləyir.[16]
Etiraz aksiyalarının ilkin mərhələsi 2013-cü ilin iyun ayında ölkənin 750 həftədən az iş görmüş yaşlı əhalisi Nikaraqua Sosial Təhlükəsizlik İnstitutunun pensiyaların verilmə kriteriyalarının yüngülləşdirməsini tələb edəndə başlamışdı. Tezliklə, tələbələr və gənclər də onların aksiyalarına qoşulub.[17] Etiraz aksiyalarının başlamasından bir neçə həftə sonra sülhsevər etirazçılar hərbiləşdirilmiş hökumət dəstələrinin üzvləri tərəfindən zorakılığa məruz qalıblar.[18] Bu dəstənin Sandinista Gəncliyi təşkilatı ilə yaxın əlaqələri var idi.[19] Daha sonra, Prezident Daniel Orteqa etirazçıları sakitləşdirmək üçün pensionerlərə tələblərini yerinə yetirəcəyi ilə bağlı konsessiya verib.[20]
Demək olar ki, tam bir il sonra etiraz aksiyaları yenidən başlayır. Bu etiraz aksiyaları Çin Xalq Respublikası tərəfindən maliyyələşdirilən okeanlararası bir kanalın tikintisi təklifinin irəli sürülməsinə qarşı olur, çünki bu, ətraf mühitin zərərlənməsinə və yerli əhalinin hüquqlarının pozulmasına səbəb olacaqdı.[21] 2018-ci ilin fevral ayında layihənin maliyyələşdiricisi və sponsoru olan "Honkonq Nikaraqua Kanal İnkişafı Qrupu" (HNKİ) layihənin tamamilə dayandırıldığını açıqlayır.[22][23]
2018-ci ilin aprel ayının əvvəllərində Nikaraquanın paytaxtı Manaqua şəhərində etiraz aksiyaları yenidən başlayır. Bu etiraz aksiyalarının səbəbi rama və kreol yerli xalqlarına, eləcə də nəsli kəsilməkdə olan heyvanlara ev sahibliyi edən İndio Maiz Bioloji Qoruğunda baş verən və 5,500 hektar ərazinin məhv olmasına səbəb olan bir yanğına kifayət qədər yaxşı cavab verməməsi idi.[24] Bəzi sui-qəsd nəzəriyyəçiləri bunun hökumətlə bir əlaqəsinin olduğunu irəli sürdülər, çünki İndio Maiz layihələşdirilən Nikaraqua kanalının üzərində yerləşən ən böyük təbii qoruq idi. Buna baxmayaraq, Sandinista Milli Azadlıq Cəbhəsinin tərəfkeşləri tərəfindən təşkil edilən iqtidaryönümlü əks-etirazlar da başlayır.[25]
2013-cü ildə Nikaraqua Sosial Təhlükəsizlik İnstitutu (NSTİ) hər il artan defisit vəziyyətini girmişdi. Bu defisit 2017-ci ilin dekabr ayında 2,371,000 (127,197 Azərbaycan manatı) dəyərinə çatmışdı. 2016-cı ildən bəri defisitin illik fəallığı 50% artmışdır.[26] Beynəlxalq Valyuta Fondu Nikaraqua hökumətinə ölkənin bütün nağd ehtiyatlarının 2019-cü ildə bitəcəyi barədə xəbərdarlıq verir.[27] Buna cavab olaraq, Daniel Orteqa hökuməti BVF-nun hesabatlarından əsaslanaraq NSTİ ilə bağlı bir islahat layihənisə start verir. Hökumət təqaüd yaşının artırılması kimi irəli sürülən tədbirlərin bəzilərini rədd edir.[28]
2018-ci ilin aprel ayının əvvəllərində Özəl Müəssisələr üzrə Ali Şura (ÖMÜAŞ) NSTİ ilə bağlı islahatlar keçirilməsi üçün danışaqlara başladığını açıqlamışdı. Bu danışıqlarda kiçik və orta ölçülü müəssisələr istisna olunur. İslahatlar 16 aprel 2018-ci ildə açıqlanır, həmin ilin mart ayında isə prezident sərəncamı ilə təsdiqlənilir. İslahatlara əməkdaş töhfəsinin tədricən 0.75% artması (6.25%-dən 7%-ə) və işəgötürən töhfəsinin isə tədricən 2% artması (19%-dən 21%-ə). Bu islahatlar 2018-ci ilin iyul ayında qüvvəyə minir. İşəgötürənlərin töhfəsi 2020-ci ildə 22.5%-ə çatana qədər hər il artacaqdı. Penisayalara 5%-lik bir vergi gələcəkdi. Həmin 5%-lik pensiya vergisi tənqidçilər tərəfindən konstitusiya uyğun olmayan bir yenilik hesab edilir. Bunun səbəbi vergiqoyma səlahiyyətinə sadəcə Milli Məclisin malik olması və Daniel Orteqanın imzaladığını 160 nömrəli qanunda pensiyaların heç bir dəyişikliyə tabe olmadığını sitat gətirməsi idi.
Hökumətə bağlı olan İşçi Milli Cəbhəsi və Əməkdaşlar Milli İttifaqı həmkarlar ittifaqları islahatları dəstəkləmiş, Özəl Müəssisələr üzrə Ali Şura isə rədd etmişdir. Onlar islahatların yekdillik və fikir birliyi ilə qəbul edilməməsini səbəb göstərmiş və yenilikləri geri qaytarmaq üçün bir "Recurso de amparo" ərizəsi vermişdir.
2018-ci ilin aprel ayında, etiraz aksiyaları dalğasının ilk həftəsində ən azı 42 nəfər həlak olub.[29] Şiddətlə dolu olan həftədə yüzlərlə insan silah mərmiləri ilə yaralanmışdır.[30] Nikaraqua hakimiyyət orqanları nümayişçilərə qarşı canlı mərmilərdən istifadə edilməsinə icazə vermişdi.[31][32] Hökumət mənbələrinin verdiyi hesabatlarda Sandinista lehinə olan dəstələrinin silahlandırıldığı barədə məlumat verilmişdi.[31] Hökumət apardığı sərt tədbirlərdən sonra şəhərlərdə qiyamlar və yağmalamalar başlamışdır.[32] 2 may 2018-ci ildə "The Miami Herald" təşkilatının verdiyi hesabatda etiraz aksiyaları zamanı hamısı tələbə olmaqla ən azı 63 nəfərin həlak olduğu barədə məlumat verilmişdir.[31] Mayın axırında, bəzi mənbələrin verdiyi məlumata görə, etiraz aksiyaları zamanı 105 nəfərdən çox insan həlak olmuşdur.[11] 2 iyun 2018-ci ildə "Trend İnformasiya Agentliyi"nin verdiyi məlumata görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 127-yə çatmışdır.[33]
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Şurası ölkədə Orteqa hakimiyyətinin etdiyi hərəkətləri qınamış və Nikaraqua hökumətinin "qeyri-qanuni edamlar" keçirdiyini bəyan etmişdir.[34]
2018-ci ilin iyul ayında milli polis qüvvələri Mulukuku bələdiyyəsinin başçısını üç polis işçisini qətl etməklə günahlandırmış və onu həbs etmişdir.[35]
Etiraz aksiyaları dalğası zamanı həbs edilən şəxslər, müxalifətin yaydığı məlumata görə Nikaraqua səlahiyyətlilərinin əmri ilə işgəncəyə məruz qalıblar. Daha sonra, ölkədə yüzlərlə məhbusun saçları taraş edilmiş və ya ayaq yalın şəkildə paytaxtın şəhər ətrafı ərazilərində yerləşən avtomobil yollarına atılması ilə bağlı iddialar yayılmışdır.[36][32]
Amerikaarası İnsan Hüquqları Komissiyası Nikaraquada bəzi ailələrin ölənləri ilə bağlı ərizə verməməyə məcbur edilməsi, məhbuslara həddindən artıq kobud rəftar edilməsi və insan hüquqları müdafiəçilərinə hədə-qorxu gəlinməsi bağlı iddialar almışdır.[37]
Bir neçə KİV təşkilatlarının hökumət senzurasına məruz qaldığı barədə dedi-qodular yayılmışdır.[38][39] "Canal 15" kanalının sədri Miquel Moranın iddiasına görə, Nikaraqua hökuməti kanalı ölkədəki bütün kabel şəbəkələrində senzuradan keçirmişdir.[40] Kanala qarşı keçirilən senzura 25 apreldə qaldırılmışdır.[41] Anqel Qahona adlı bir jurnalist "Feysbuk" sosial şəbəkəsində etiraz aksiyaları ilə bağlı bir canlı yayım edərkən güllələnmişdi. O, xəstəxanaya aparılan zaman həlak olmuşdur. Orteqa hökumətinə qarşı səsləndirdiyi sərt tənqidləriylə məşhurlaşan "Radio Darío" radiostansiyası 20 aprel 2018-ci ildə iqtidaryönlü dəstələrin hücumuna məruz qalmış və iddialara görə, məhv edilmişdir.[42]
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Şurası kütləvi informasiya vasitələrinə qarşı aparılan hücumları və Orteqa hökumətinin keçirdiyi senzuraları tənqid etmişdir.[43] Amerikaarası Press Assosiasiyası da Orteqa adminstrasiyasının senzuranın qarşısının alınmasını tələb etmişdir. Qurumun sədri Qustavo Mohme Seminario KİV-ə qarşı aparılan hücumların "hökumətin qüvvədə olduğu son on bir ildə sadəcə öz və öz ailə üzvlərinin mənfəəti üçün dövləti sökən avtoritarçılığını ifşa edir" demişdir.[44]
Anonim hərəkat qrupu olan "Anonymous Nicaragua" etirazlara qoşulmuş və "Nikaraqua Əməliyyatı"na start vermişdir. Əməliyyat Nikaraqua hökumətinə bağlı veb-saytlara qarşı edilən kiber hücumlardan ibarətdir. Əməliyyat 26 apreldə qrupun Milli Məclisin rəsmi veb-saytını bağlaması ilə başlamışdır. Daha sonra, Juventud Presidente, Televicentro, Nikaraqua Baş Prokorurunun rəsmi veb-saytı, Nikaraqua Mülki Təyyarəçilik İnstitutunun rəsmi veb-saytı və Nikaraqua Mədəniyyət İnstitutunun rəsmi veb-saytına kiber hücümlar edilmişdir.[45][46]
Nikaraqua Telekommunikasiya və Poçt Xidmətləri İnstitutu (abr. TELCOR) dövlət agentliyi ölkəni internet xidməti ilə təmin edən korporasiyalarına bu hakerlərə qarşı bir birlik qurmağa çağırmışdır. TELCOR bu korporasiyaların vəzifəliləri ilə Nikaraquadakı dövlət və özəl qurumların veb-saytlarına hücum edən beynəlxalq hakerlərə qarşı təhlükəsizlik tədbirləri görmək barədə bir iclas keçirmişdir.[47]
Convened by the Catholic Church, hundreds of thousands of Nicaraguans take to the streets of the country demanding peace and the end of the regime. The bishops warn Ortega that there can be no dialogue without guarantees
When the protests heated up, Ortega cracked down. The army was called in to help quell disturbances, and independent media were squeezed.(#apostrophe_markup)