Anql-Hindlilər


Anql–Hindlilər (avrasiyalılar, ferinqlər, paranqlar, topaslar) — Hindistanda etnik qrup.

Anql-Hindlilər
Ümumi sayı
45 min nəfərdən çoxdur (2000)
Dili

İngilis dili

Dini

Xristian

Sayı 45 min nəfərdən çoxdur (2000). Anql-Hindlilər avropalılarla (portuqallar, hollandlar, fransızlar, ingilislər və b.) hindlilərin qarışıq nikahları nəticəsində meydana gəlmişdir. Avstraliya, KanadaAvropa ölkələrində də yaşayırlar. İngilis dilində danışırlar. Dindarları xristiandır. Əsasən şəhərlərdə yaşayırlar. İdarəçilik, təhsil, tibb, mədəniyyət, dəmiryolu nəqliyyatında və digər sahələrdə çalışırlar.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 508. ISBN 978-9952-441-02-4.