Anri Çeyz (チェイス アンリ (Chase Anrie (Cheisu Anri)?), 24 mart 2004, Kanaqava, Yaponiya) — Bundesliqa təmsilçilərindən olan "Ştutqart" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Yaponiya futbolçusu.
Anri Çeyz | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Anri Çeyz[1] | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | [1] | |||||||||||||||||||||||||||||||||
Doğum yeri | Kanaqava, Yaponiya | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 187 sm[1] | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Ştutqart | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 45 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Çeyz Kanaqava prefekturasının Yokosuka şəhərində anadan olmuşdur. Anası Yaponiya, atası isə Yamayka əsilli Amerika vətəndaşıdır. Çeyz üç yaşı olarkən ailəsi ilə birlikdə Texas ştatına köçmüşdür.[2] Doqquz il burada yaşadıqdan sonra yenidən vətəninə geri dönmüşdür. ABŞ-da yaşayarkən Anri basketbolla məşğul olmuşdur. O, futbolçu karyerasına hücumçu kimi başlamışdır.[2]
Hollandiya təmsilçisi olan "AZ Alkmaar" və Almaniya təmsilçisi olan "Ştutqart" klubunda məqşlərə qoşulan Çeyz karyerasını xaricdə davam etdirməyi qarşısına məqsəd qoymuşdur.[3] Bir müddət Hollandiya nəhəngi "Ayaks" klubu da oyunçunu yaxından izləmişdir.[4]
7 aprel 2022-ci ildə Almaniya təmsilçisi olan "Ştutqart II" klubu ilə müqavilə imzalamışdır.[5] Müqavilə 1 iyul 2022-ci ildə qüvvəyə minmişdir. 2024-cü ildə Çeyz "Ştutqart" klubunun əsas komandası ilə məşq etməyə başlamışdır.[6]
Çeyz bir müddət Yaponiya U-23 millisində çıxış etmişdir.[7] 2022-ci ildə o, Yaponiya millisi ilə məşqlərə qoşulmuşdur.[8] Baş məşqçi Hacime Moriyasu onu potensialı və istedadına görə yüksək dəyərləndirmişdir.[9]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Ştutqart II | 2022–23 | Regionalliqa Südvest | 12 | 0 | — | — | — | 12 | 0 | |||
2023–24 | Regionalliqa Südvest | 26 | 2 | — | — | — | 26 | 2 | ||||
2024–25 | 3-cü Liqa | 1 | 0 | — | — | — | 1 | 0 | ||||
Ümumi | 39 | 2 | — | — | — | 39 | 2 | |||||
Ştutqart | 2024–25 | Bundesliqa | 3 | 0 | 1 | 0 | 1[a] | 0 | 0 | 0 | 5 | 0 |
Ümumi karyera | 42 | 2 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 44 | 2 |