Ant etkenmen

Ant etkenmen (azərb. And içmişəm‎) — Krım Xalq RespublikasınınKrım tatarlarının himni.

Ant etkenmen
And içmişəm

Krım Xalq Respublikası rəsmi himni
Sözlərin müəllifi Noman Çələbi Cihan
Təsdiqi 30 iyun 1991

Ant etkenmenin sözleri Noman Çələbi Cihan tərəfindən, Krımtatar dilinin Noqay şivəsində 3 bənddən ibarət şer formasında yazılmışdır. Müsiqisinin müəllifi bilinmir. Şerin son bəndi nəqərat olaraq istifadə edilir. Ant etkenmen 9 dekabr 1917-ci ildə Bağçasaraydakı Krım xan sarayında açılan Qurultayda ifa olunmuşdur. Bundan sonra Krım tatarları tərəfindən istifadə edilmişdir[1]. 30 iyun 1991-ci il tarixində Krım tatarlarının Beynəlxalq himni olarak qəbul edilmişdir. Marş, rusçaya Liliya Bucurova tərəfindən çevirilmişdir.

Orijinal Azərbaycanca

Ant etkenmen milletimniñ yarasını sarmağa
Nasıl olsun eki qardaş birbirini körmesin?
Onlar içün ökünmesem, muğaymasam, yaşasam
Közlerimden aqqan yaşlar derya-deñiz qan bolsun.

Ant etkenmen şu qaranğı yurtqa şavle sepmege,
Nasıl bolsun bu zavallı qardaşlarım iñlesin?
Bunu körüp buvsanmasam, muğaymasam, yanmasam
Yuregimde qara qanlar qaynamasın, qurusın.

Ant etkenmen, söz bergenmen millet içün ölmege
Bilip, körüp, milletimniñ köz yaşını silmege.
Bilmey körmey, biñ yaşasam, qurultaylı han bolsam,
Kene bir kun mezarcılar kelir meni kömmege.

And içmişəm millətimin yarasını sarımağa,
Necə olsun, iki qardaş bir-birini görməsin?
Onlar üçün üzülməsəm, qayğılanmasam, yaşasam,
Gözlərimdən axan yaşlar dərya dəniz qan olsun!

And içmişəm bu qaranlıq yurda işıq saçmağa,
Necə olsun bu zavallı qardaşlarım çürüsün?
Bunu görüb bunalmazsam, üzülməsəm, yanmasam,
Ürəyimdə qara qanlar qaynamasın, qurusun!

And içmişəm, söz vermişəm millət üçün ölməyə,
Bilib, görüb millətimin göz yaşını silməyə.
Bilmədən, görmədən min (il) yaşasam, qurultaylı xan olsam,
Yenə bir gün məzarçılar gəlir məni görməyə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]