Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır.
Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun "Yunan tarixi" adlı əsərində Antalki sülhünün mətni verilmişdir.[1]