Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü.
Ətirli çobanyastığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ətirli çobanyastığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir.
Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır. Kasacığı çılpaq, çox qabarıq, uzunsov-konusşəkilli, daxili hissəsi isə ensiz, səbətciyində oval, zirvəsində isə dairəvi çoxsaylı yarpaqcıqlar vardır. Kənar yarpaqları aydın bölümlüdür. Köndələn istiqamətdə səbətciklərin ölçüsü 3–6 mm-ə bərabərdir. Çiçəkləri sarımtıl-yaşıl, gümüşü-yaşıl, kəskin iyli, aromatlı, dadı isə ədviyyatlı acıdır.
Çiçəkləri bitki çiçək açan zaman toplanılmalıdır. Toplanılan zaman kasacığını xammala
qatmaq olmaz. Xammalını polietilenin üstündə sərmək arzuolunmazdır. Yığılmış xammal açıq, lakin kölgəli, yaxşı ventilyasiyalı naveslərdə və ya 45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Bu zaman 1kq nazik doğranmış xammal 1m2 sahəyə 4–6 gün ərzində sərilməlidir. Quru havalı yerlardə saxlamalı, altına kağız sərməklə, faner yeşiklərdə qablaşdırmalı, efiryağlı olduğundan cibli kisələrdə saxlanılmalıdır. Saxlama müddəti 1 ildir.[1]
Çiçəklərinin tərkibində 0,8% efir yağı, xamazulin və flavanoidlər (apigenin törəmələri, yuteolin), salisil turşusu, karotinoidlər və askorbin turşusu tapılmışdır. Efir yağı ən azı 0,2%, nəmliyi ən azı 14%, ümumi kül 12%, qaralmış yarpaqları və uzunluğu 3sm olan çiçəkləri 8%, üzvi maddələri 1%, mineral maddələri 0,3% -dən çox deyildir.
Çiçəkləri iltihabsorucu, spazmolitik, və tərqovucudur. Məhlul və qarışıqların tərkibində daxilə qəbul edilir. Tərkibində efir olduğundan dezodorasiyaedici maddə kimi qarqara, vanna və müalicəvi imalə edilir.