Antiarxlar

Antiarchi (lat. Antiarchi) — heyvanlar aləminin xordalılar tipinin zirehli balıqlar sinfinə aid heyvan dəstəsi.

Antiarxlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Dəstə:
Antiarchi
Beynəlxalq elmi adı
  • Antiarchi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

200-ədək növü olmuşdur. Bütün qitələrin Üst Silur və Üst Devon çöküntülərindən məlumdur. Uzunluğu 1m, kəlləsi gövdə zirehi ilə birləşmiş halda idi. Sümük lövhəciklərlə örtülmüş döş üzgəcləri zirehə mürəkkəb oynaqla birləşmişdir. Gözləri başın yuxarı tərəfində yerləşirdi: çənələri bir cüt yuxarı və aşağı çənə lövhələrindən ibarət idi. Antiarxlar müxtəlif dərəcədə şorlaşmış suların dibində yaşayırlarmış. Üst Devonun kontinental çöküntülərini öyrənmək üçün əhəmiyyətli qazıntıdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 534. ISBN 978-9952-441-02-4.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]