ANTİPASSATLAR - passat
sirkulyasiyasının üst halqası olub,
hava kütləsini ekvatordan
subtropiklərə aparır. Antipassatlar Şimal
yarımkürəsində cənub-qərbdən
şimal-şərqə, Cənub yarımkürəsində
isə şimal-qərbdən cənub-şərqə
gedir. Antipassatların alt sərhədi orta hesabla
4 km hündürlükdən başlanır və
subtropiklərdən ekvatora doğru
onun hündürlüyü artır. Habelə
yayda qışa nisbətən daha
hündürdə hərəkət edir. Atlantik okeanında 100 şimal enlikdə onun
hündürlüyü orta hesabla yayda 15 km, qışda isə 6 km-dir; 300 şimal enlikdə hündürlüyü yayda 5 km, qışda
isə 2 km-ə qədərdir. [1]