Antitezis

Antitezis (q.yun. ἀντίθεσις "antitesis" — qarşı qoyma; lat. antithesis "antitezis") — fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı irəli sürülən fikir, hökm; tezisin ziddinə yürüdülən mühakimə; Antitezis Hegel triadasının ünsürlərindən biridir. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşısına irəli sürülən fikir, iddiadır.

  • Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”.