Antixrist — Danimarkalı rejissor Lars Fon Trierin ssenari müəllifi və rejissoru olduğu film. Baş rolları Uilyem Dafoe və Şarlotta Geynsburq oyanmışlar. Film, qorxu filmi ənənəsini izləməklə bir cütlüyün övladları öldükdən sonra meşədə bir daxmaya getməsindən və orada baş verən hadisələrdən bəhs edir. Hekayə bir proloq, dörd bölmə və bir epiloqa bölünür. Film əsasən Danimarka istehsalı olsa da, Avropanın müxtəlif altı ölkəsindən də dəstək alır. Film Almaniya və İsveçdə lentə alınır.
Antixrist | |
---|---|
Antichrist | |
Janr | dram filmi, qorxu filmi, Art haus, müəmma filmi[1] |
Rejissor | Lars Fon Trier |
Prodüser | Meta Luis Foldager |
Ssenari müəllifi | Lars Fon Trier |
Baş rollarda |
Uillem Defo Şarlotta Gensbur |
Operator | Entoni Dod Mentl |
Bəstəkar | Kristian Eidnes Andersen |
İlk baxış tarixi | |
Filmin növü | bədii film |
Müddət | 108 dəqiqə |
Büdcə | 11 milyon dollar |
Ölkələr | Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, İsveç |
Dil | İngilis dili |
İl | 2009 |
Rəng | rəngli |
Çəkiliş yeri | Köln, Vuppertal |
IMDb | ID0870984 |
Geynsburqun Ən yaxşı aktrisa nominasiyası üzrə mükafat qazandığı bu film 2009-cu ildə Kann kinofestivalında nümayiş olunduqdan sonra mübahisələr səbəb oldu. Bundan başqa, film Ən yaxşı Danimarka filmi nominasiyasında Robert mükafatı, Ən yaxşı kinematoqrafiya işi nominasiyası üzrə Avropa Film Mükafatı qazanmışdır. Film Sovet kino-rejissoru Andrey Tarkovskiyə həsr olunmuşdur.
Proloq: Film Hendelin "Rinaldo" operasından (1711) "Lascia ch'io pianga" fon musiqisi ilə başlayır. Valideynləri sekslə məşğul olduqları zaman (onların adı film boyu açıqlanmır) onların kiçik övladları Nik pəncərədən qarlı yerə yıxılaraq ölür.
Birinci bölmə: Yas Nikin dəfni zamanı qadının vəziyyəti pisləşir. Onun ətrafına toplaşan mərasim iştirakçılarının üzləri tutqunlaşdırılıb. Xəstəxanada bir ay keçirəndən sonra qadın zamanı unutmuş halda yas içində ayılır.