Andrey Tarkovski

Andrey Arsenyeviç Tarkovski (rus. Андре́й Арсе́ньевич Тарко́вский; 4 aprel 1932[1][2][…]29 dekabr 1986[2][3][…], Paris[5]) — sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru.

Andrey Tarkovski
rus. Андрей Арсеньевич Тарковский
Doğum adı Andrei Arsenyevich Tarkovsky[4]
Doğum tarixi 4 aprel 1932(1932-04-04)[1][2][…]
Vəfat tarixi 29 dekabr 1986(1986-12-29)[2][3][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, aktyor, montajçı[d], ssenarist, bioqraf, kino aktyoru, teatr rejissoru, rejissor, film ssenaristi[d]
Fəaliyyət illəri 1958–1986
Təhsili
Mükafatları RSFSR xalq artisti RSFSR əməkdar incəsənət xadimi "Lenin" mükafatı Qızıl Şir
IMDb ID0001789
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker", "Qurbanvermə" kimi filmlərin müəllifidir. O, özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkmiş, son iki filmi isə İtaliyaİsveçdə istehsal olunmuşdur.

Uşaqlığı və erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Tarkovski İvanovo Sənaye Oblastının Yuryevetski rayonunun Zavrajye kəndində şair və tərcüməçi Arsen Aleksandroviç TarkovskininMaksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş Mariya İvanovna Vişnyakovanın ailəsində doğulmuşdur. Uşaqlığı Yuryevetsdə keçmişdir. Uşaqlıq dostları onu aktiv və məşhur, çox dostu olan və hərəkətin mərkəzində olan adam kimi təsvir edirlər. 1937-ci ildə onun atası ailəni tərk edir, ardınca 1941-ci ildə könüllü orduya yazılır. Tarkovski anası ilə qalır, anası və bacısı Marina ilə birlikdə Moskvaya köçürlər, anası çap evində korrektor işləməyə başlayır. 1939-cu ildə Tarkovski 554 nömrəli məktəbdə qeydiyyata alınır. Müharibə müddətində üçü də Yuryevetsə köçür və nənəsigildə yaşayırlar. 1943-cü ildə ailə Moskvaya qayıdır. Tarkovski təhsilinə şair Andrey Voznesenskinin onun sinif rəhbərlərindən biri olduğu əvvəlki məktəbdə davam etdirir. O, musiqi məktəbində pianonun öyrənir və incəsənət məktəbində dərslərə qatılırdı. Ailə Moskvanın Zamoskvoreçye rayonunda, Şşipok küçəsində yaşayırdı. 1947-ci ilin noyabrından 1948-ci ilin yazına qədər o, vərəm xəstəliyinə görə xəstəxanada yatmışdır. Uşaqlığındakı bir çox mövzular — köçürülmə, anası və onun iki uşağı, onlardan uzaqlaşmış atası, xəstəxanadakı vaxtlar — onun gələcək məşhur ''Güzgü'' filmində göstərilir.

Kino məktəbinin tələbəsi

[redaktə | mənbəni redaktə et]

1954-cü ildə axtarış ekspedisiyasından qayıtdıqdan sonra Tarkovski Dövlət Kinematoqrafiya İnstitutuna (VQİK) müraciət edir və rejissorluq fakültəsinə qəbul olunur. O, İrma Rauşla eyni sinifdə oxuyurdu, 1957-ci ilin aprelində onlar evləndilər.

Erkən Xruşşov dövrü gənc rejissorlara nadir fürsətlər yaradırdı. 1953-cü ildən əvvəl illik film istehsalı aşağı idi və əksər filmlər veteran rejisorlar tərəfindən çəkilirdi. 1953-cü ildən sonra isə çoxlu yeni filmlər çəkildi və bunların əksərini gənc rejissorlar etdi. Xruşşov yumşalması Sovet cəmiyyətini açdı və müəyyən dərəcəyə qədər Qərb ədəbiyyat, filmmusiqisinə icazə verdi. Bu icazə Tarkovskiyə italyan neorealistlərinin, fransız yeni dalğasının və Kurosava, Bunyuel, Berqman, Bresson və Mizoquçi kimi rejissorların filmlərini izləməyə imkan verdi.

Tarkovskinin müəllimi gələcəkdə nüfuzlu film rejissorları olacaq bir çox tələbələrə dərs demiş Mixail Romm idi. 1956-cı ildə Tarkovski özünün ilk qısametrajlı tələbə filmi "Killerlər"i çəkir, film Ernest Heminqueyin hekayəsi əsasında çəkilmişdi. "Bu gün tərxis olmayacaq" (Сегодня увольнения не будет…) qısametrajlı filmini və "Konsantrasiya" (Концентрат) ssenarisini ardıcıl olaraq 1958 və 1959-cu ildə hazırlamışdı.

Tarkovskiyə ən çox təsir göstərən VQİK-də dərs deyən rejissor Qriqori Çuxray olmuşdur. Tələbəsinin istedadından təsirlənən Çuxray, Tarkovskiyə onun "Təmiz səmalar" filmində rejissor köməkçisi mövqeyini təklif edir. Başlanğıcda Tarkovski buna maraq göstərirdi, lakin sonra o, diqqətini təhsilinə və özünün proyektlərinə cəmləməyi qərara aldı.

Tarkovski ÜDKİ-dəki üçüncü ilində Andrey Konçalovski ilə görüşür. Onların eyni rejissorları sevmək kimi ümumilikləri tapılır və filmlərlə bağlı ideyalarını paylaşırdılar. 1959-cu ildə onlar "Antarktika — Uzaq Ölkə" adlı ssenari yazırlar, bu ssenari "Moskva komsomolu" (Московский комсомолец) qəzetində çap olunur. Tarkovski ssenarini Lenfilmə təqdim etməyə məcbur olur, ssenari rədd edilir. Onlar daha uğurlu "Silindr və skripka" (Каток и скрипка) filminin ssenarisini yazıb Mosfilmə satırlar. Bu film Tarkovskinin diplom işi olur. Diplomunu 1960-cı ildə qazanır və 1961-ci ildə Nyu York Tələbə Film Festivalında ilk mükafatını qazanır.

İl Filmin adı Şəkil Filmin orijinal adı Fəaliyyəti
1956 Qatillər
rus. Убийцы Rejissor, ssenarist, aktyor
1958 Bu gün tərxis olmayacaq
rus. Сегодня увольнения не будет Rejissor, ssenarist, aktyor
1960 Katok və skripka
rus. Каток и скрипка Rejissor, ssenarist
1962 İvanın uşaqlığı
rus. Иваново детство Rejissor, ssenarist
1964 İliçin zastavası
rus. Застава Ильича Aktyor
1966 Andrey Rublyov
rus. Андрей Рублёв Rejissor, ssenarist
1967 Sergey Lazo rus. Сергей Лазо Ssenarist
1968 Mində bir şans
rus. Один шанс из тысячи Ssenarist, bədii rəhbər
1968 Daşkənd — çörək şəhəri
rus. Ташкент — город хлебный Ssenarist
1971 Atamanın sonu
rus. Конец атамана Ssenarist
1972 Solyaris
rus. Солярис Rejissor, ssenarist
1973 Ağızqamaşdırıcı üzüm
rus. Терпкий виноград
erm. Հնձան
Montajçı
1973 Vəhşi rus. Лютый Ssenarist
1974 Güzgü
rus. Зеркало Rejissor, ssenarist
1979 Stalker
rus. Сталкер Rejissor, ssenarist
1979 Özünü gözlə!İlanlar!
rus. Берегись! Змеи! Ssenarist
1979 Səyahət zamanı
rus. Время путешествия, ing. Tempo di viaggio (Voyage in Time) Rejissor, ssenarist
1982 Vətən həsrəti
rus. Ностальгия Rejissor, ssenarist
1983 Bressona yol nid. De weg naar Bresson Rejissor, ssenarist
1986 Qurbanvermə
isv. Offret Rejissor, ssenarist, montajçı
  • "Mələyi görən insan". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 16–19.
  1. 1 2 Andrei Tarkovski (nid.).
  2. 1 2 3 4 Andrej Tarkovskij // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Andrej Tarkovskij // filmportal.de. 2005.
  4. (unspecified title). Rivista del Cinematografo.
  5. 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]