Antonov An-225

Antonov An-225 Mriya (ukr. Мрія — "arzu"; NATO kod adı: Cossack"Kazak") — dünyanın ən böyük yük təyyarəsi.

Antonov An-225
Ан-225
An-225 uçuş vaxtı
An-225 uçuş vaxtı
Tipi An-225
Hazırlayan Antonov (şirkət)
İstehsalçı Ukrayna Ukrayna
İlk uçuş 21.12.1988
İstismara verilmə tarixi 1989[1]
İstimarının bitmə tarixi 27.02.2022
Status Rusiya tərəfindən vurulması
İstismarçılar Ukrayna
Antonov
İstehsal ili 1985
Buraxılış sayı 1
Baza modeli Antonov An-124 Ruslan[2][3][…]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1984–1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.

Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarənin maksimal qalxış çəkisi 640 ton olub.[4]

Təyyarənin vurulması

[redaktə | mənbəni redaktə et]

27 fevral 2022-ci ildə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antonov An-225-in Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya ordusu tərəfindən vurulduğunu bildirdi.[5] Lakin təyyarənin istehsalçısı Antonov, ekspertlərin yoxlaması başa çatana qədər təyyarənin texniki vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini bildirib və təyyarənin Rusiya hərbi qüvvələri tərəfindən tamamilə məhv edildiyini təsdiqləməmişdi.[6]

Daha sonra bu fakt öz təsdini tapdı. Vurulmuş təyyarənin şəkilləri internetdə yayıldı.[7]

Ümumi göstəriciləri

[redaktə | mənbəni redaktə et]
Böyük təyyarələrin ölçüləri
  • Güc: 6
  • Boş ağırlıq: 285,000 kq
  • Götürə biləcəyi ən çox yük: 250.000 kq
  • Maksimum yüklü ağırlıq: 640.000 kq
  • Yükləmə ölçüləri: 440 x 640 sm
  • Uzunluq: 84 m
  • Hündürlüyü: 18,1 m
  • Qanadlar arasındakı məsafə: 88,40 m
  • Qanad sahəsi: 905,0 m²
  • Mühərrik: 6 × ZMKB Proqress D-18 turboreaktiv, hər biri 229 kN
  • Qalxış məsafəsi: 3.500 m
  1. https://www.aerospace-technology.com/projects/an225hta/.
  2. https://www.youtube.com/watch?v=SBWW2syDA9A.
  3. https://www.airportspotting.com/mriya-a-complete-history-of-the-antonov-an-225/.
  4. Forward, David C. "Antonov's Dream Machine". Airways. June 2004. səh. 23. OCLC 1250598428.
  5. DmytroKuleba. "This was the world's largest aircraft, AN-225 'Mriya' ('Dream' in Ukrainian). Russia may have destroyed our 'Mriya'. But they will never be able to destroy our dream of a strong, free and democratic European state. We shall prevail!" (Tweet) (ingiliscə). 27 fevral 2022. 27 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2022.
  6. Antonov [antonovcompany]. "Update on the information of #AN225 "Mriya" aircraft: Currently, until the AN-225 has been inspected by experts, we cannot report on the technical condition of the aircraft. Stay tuned for further official announcement" (Tweet) (ingiliscə). 27 fevral 2022. 27 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2022.
  7. "Photos show world's largest cargo plane destroyed in Ukraine". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.