Antrasen

Antrasen - C14H10 – nüvələri kondensasiya olunmuş aromatik karbohidrogendir. Bənövşəyi fluoressensiya verən rəngsiz kristal maddədir.

Antrasen
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Antrasen
Kimyəvi formulu C14H10
Molyar kütlə 178,11 q/mol
Fiziki xassələri
Sıxlıq 1,25 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 2188 °C °S
Qaynama nöqtəsi 340 °C °S
Təsnifatı
CAS-da qeyd. nöm. 120-12-7
PubChem
ChEBI 35298
ChemSpider

İlk dəfə 1832 ildə daş kömür gatranında tapılmışdır.Antrasen daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir və qətranın 0,25-0,45%-ni təşkil edir. Antrasen yağında antrasenlə bərabər fenantren və başqa karbohidrogenlərə də rast gəlinir. Antraseni oradan çıxarmaq onu dondurub bərkidir, bərk hissəsini sızıb piridin və ya solventdə həll etməklə, başqa bərk karbohidrogenlərdən ayırır və kristallaşdırırlar. Təmiz antrasen 2170-də əriyir,3540-də qaynayır, suda həll olmur, spirt və efirdə çətin, qaynar benzolda yaxşı həll olur.

Qrebe və Libermana görə antrasen, paradiaqonal rabitə ilə bir-biri ilə birləşmiş iki benzol nüvəsinin iki alifatik karbon atomu ilə kondensləşmə məhsuludur.

Antrasenin bu quruluşunu onun alüminium-bromidin iştirakı ilə tetrabrometandan və benzoldan (Fridel-Krafts reaksiyası üzrə) sintez oluna bilməsi təsdiq edir.Lakin antrasenin fiziki-kimyəvi xassələri və onun başqa üsullarla sintezi, onun Qrebe – Liberman formulu ilə ifadə olunduğunu təsdiq etmir, çox vaxt antrasen sintez etdikdə əvvəlcə dihidroantresen əmələ gəlir, o da asan oksidləşərək antrasenə çevrilir. Antraseni ftalilxloriddən və benzoldan Fridel-Kraf reaksiyası ilə sintez etmək olur.

Antrasen başqa aromatik karbohidrogenlər kimi, halogenləşmə, sulfolaşma və nitrolaşma reaksiyalarına qabildir. Antraseni nitrat turşusu və ya xrom qatşığı ilə oksidləşdirdikdə antraxinon alınır. Antraxinonu ftal anhidridini benzol ilə kondensləşdirmə yolu ilə sintez edirlər. Antrasenin ən əhəmiyyətli törəməsi olan antaxinon , açıq sarı rəngli kristal maddə olub, 2860C-də əriyir, 3820-də qaynayır, onun kimi asan sublimasiya olunur. Tüstülü sulfat turşusu ilə antraxion asan sulfolaşaraq α-antraxinonmonsulfoturşu, sonra antraxinondisulfoturşu əmələ gətirir. Bunlar alizarin boyağı almaq üçün əhəmiyyətlidir.

Benzolun tetrabrometanla qarşılığlı təsirindən alınır.

Antrasen molekulu orta vəziyyətdə birləşən üç benzol halqasından ibarətdir. Benzol halqaları eyni müstəvidə yerləşir. 14 karbon atomunun hər biri sp2 hibridləşmə halındadır. Antrasen fenantrenlə izomerdir.

Antrasen suda həll olmur, asetonitril və asetonda həll olur. Antrasen 9 və 10 vəziyyətlərində fəal surətdə reaksiyaya girir: hallogenləşmə,nitrolaşma, sulfolaşma və s.

Oksidləşdirmə yolu ilə antrasendən antraxinon alınır və bu isə boyalarının sintezində xammall kimi istifadə olunur(məs.alizarinin alınmsında).

Alizarin və ya dioksiantraxionon , qədim zamanlardan bəri işlədilən qiymətli boyaqlardan biridir. Əvvəllər onu krap və ya qızılboyaq bitkisinin (Rubia tinctorium) kökündən alırdılar. Bu məqsədlə qızılboyaq (marena) kökünü isladıb, qıcqırdır və alizarin boyağı alırdılar. Bu prosesdə həmin bitkilərin ruberitrin turşusu hidroliz olunaraq, qlükoza və alizarinə çevrilir. 1870-ci ildə Qrebe və Libermanın işləri əsasında Karo və Perkinin təklifi üzrə sənayedə α-antraxion sulfoturşudan sintetik alizarin boyağı alınmağa başlamışdır. Bunun da nəticsində alizarin boyağının qiyməti xeyli ucuzlaşmış, bu da qızılboyaq əkinlərinin get-gedə azalmasına səbəb olmuşdur. Alizarin, sənayedə alınan birinci sintetik üzvi birləşmədir. Indi alizarin almaq üçün sənayedə antraxinon sulfolaşdırılır, alınan α-antraxinonsulfoturşu isə oksidləşdiricilərin iştirakı və qələvi ilə közərdilir.

Oksidləşdirici kimi burada Bertole duzu və ya şora götürürlür. Alizarini sink tozu üzərində distillə etdikdə antrasen alınır, bu da onun antrasen nüvəli birləşmə olduğunun dəlilidir. Alizarin, qırmızı rəngli kristal maddə olub, 2900-də əriyir, asan sublimasiya olunur, suda həll olmur, spirtdə az həll olur. Alizarinin iki fenol hidroksili olduğu üçün o fenol reaksiyaların verə bilir, o cümlədən qələvilərdə yaxşı həll olur. Onun qələvi məhlulu qırmızı-bənövşəyi rəngdədir. Alizarin texnikada çoxlu miqdarda sintez olunur, pambıq və yun parçaları boyamaq üçün çox işlədilir. Alizarin ilə boyamaq üçün rəngablı boyama üsulundan istifadə edir və parçaları aşağıdakı qayda ilə boyayırlar. Əvvəlcə parçanı alizarin yağı (gənəgərçək yağınn sulfat turşusu ilə reaksiyaası məhsulu) ilə emal edir, qurudur və rəngab duzlarının (alminium-asetat, dəmir-asetat xrom-asetat) məhlulu ilə isladır, sonra alizarin qələvi məhlulu ilə emal edirlər. Bu cür emal olunmuş parçanı sonra su buxarı ilə bişirir, sabun və su ilə yuyurlar. Bu zaman rəngab olaraq alminium-asetat götürüldükdə, parça qırmızı , dəmir-asetat götürüldükdə, bənövşəyi, xrom-astet götürüldükdə isə qəhvəyi rəngə boyanır. Alizarinlə boyanmış parçalar işığın, su ilə yumanın və başqa amillərin təsirinə qarşı davamlı olub solmayır. Alizarin qrupuna mənsub olan müxtəlif rəngli daha bir sıra çoxqiymətli boyaq məlumdur. Onlar quruluşca alizarinə yaxın olub, alizarin kimi antraxinondan və onun törəmələrindən alınır. Bu boyaqlar alizrin və ya antrasen boyaqları adlanır. Bu boyaqlardan purpurin trioksiantraxinon quruluşundadırlar. Purpurin , sarı-narıncı rəngli kristallar olub pambıq parçaları alüminium-oksid rəngabı ilə qırmızı, xromla qəhvəyi-bənövşəyi rəngə boyamaq üçün işlədirlir.

Göy alizarin və ya abı antrasen

[redaktə | mənbəni redaktə et]

WR-tünd yaşıl rəngli maddədir, spirtdə məhlulu qırmızı, bənövşəyi və qara rəngə boyayır. Quruluş formuluna görə heksaoksiantraxinondur.

Qurudulmuş erkək “Coccus Cacti” böcəklərindən alınan boyaq kaşenil adlanır. Bu böcəklər Mərkəzi Amerikada kaşenil (maldili kaktusu bitkilərində yaşayır,) 140000 böcəkdən bir kiloqram boyaq alınır. Kaşenilin əsas tərkib hissəsi karmin turşusudur. Karmin turşusunun qələvidə məhlulunu yun və ipək parçaları abı qızrmızı rəngə boyamaq üçün işlədirlər. Karmin turşusundan indi karmin boyağı almaq üçün istifadə edirlər. karmin boyağı qırmızı mürəkkəb və dodaq boyağı almaq, eləcə də qənnadı və yeyinti məhsullarını rəngləmək üçün işlədilir. Dişi Coccus İlicis böcəklərini qurudub kermes adlı boyaq da alırlar. Kermesin tərkib hissəsi olan kermes turşusuda qəşəng qırmızı rəngli boyaq olub, dodaq pomadası, dodaq qələmləri hazırlamaq üçün işlədilir. Karmin turşusu və kermes turşusu alizarinin törəmələri olur. Karmin turşusunda olan C6H11O5 qlukoza qalığı deyildir və onun təbiəti hələ müəyyən edilməmişdir. Alizarin boyaqlarından indantren boyaqları antraxinon törəmələrindən hazırlanan əhəmiyyətli boyaqlardır. Abı indantren və flavantren bu boyaqlardır. Abı indantren α-aminatraxinonu az miqdarda KNO3-ün iştirakı ilə 200-2500C temperaturda kalium qələvisi ilə közərtməklə alırlar.

Indantren, küp boyaqlarındandır, suda həll olmur, onu natrium-hidroksulfid (NaS2O4) və qələvi ilə reduksiya edirlər, alınan məhsulda karbonil qrupları COH qruplarına çevrilmiş olur. Bu məhsul qələvidə, həll olunduqda göy rəngli küp əmələ gətirir. Pambıq parçanı bu küpdə isladıb havaya sərirlər. Havanın oksigeni və günəş işığının təsirindən boyaq oksidləşir, nəticədə karbonil qrupları bərpa olunur və parça abı rəngi alır.

α-aminantraxinonu SbCl5 ilə nitrobenzol məhlulda közərtnəklə flavantren boyağını alırlar. Flavantrenin küpü abı rəngli, özü isə (parça üzərində) sarı rəngli olur. indantren və flavantren olduqca möhkəm qiymətli küp boyaqlardır.

  • M.M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
  • Большая Энциклопедия нефти и газа.