Antropogen relyef

Antropogen relyef — insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranmış və ya dəyişdirilmiş yer səthinin relyef formalarının məcmusuna deyilir. Antropogen relyef şüurlu, məqsədyönlü və kortəbii təsir nəticəsində yarana bilər. Məqsədyönlü antropogen relyefə misal olaraq yamacların terraslaşdırılmasını, suvarma və drenaj kanallarının, bəndlərin inşasını, kortəbii antropogen relyeflərə isə yarğanları, hərəkət edən qum barxanlarını, səth çökmələrini və s. göstərmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı ensiklopedik coğrafiya terminləri lüğəti. Bakı: Təhsil, 2005.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]