Apalanthe

Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi.

Elodeya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.[1]

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Anacharis Rich.
  • Apalanthe Planch.
  • Diplandra Bertero
  • Egeria Planch.
  • Hydora Besser
  • Philotria Raf.
  • Serpicula Pursh
  • Udora Nutt.
  1. Елодеја // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 52–53.