Bəhram Osmanov (tam adı: Bəhram Məcid oğlu Osmanov; 1 oktyabr 1962, Kirovabad) — Azərbaycanın teatr rejissoru, aktyor, Azərbaycan (2007) və Kalmıkiya (2014) Respublikalarının əməkdar incəsənət xadimi, 2012-ci ildən 2022-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb
Bəhram Osmanov | |
---|---|
Bəhram Məcid oğlu Osmanov | |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Esmiralda Osmanova |
Uşağı |
Ruqiyyə Osmanova Ayla Osmanova |
Fəaliyyəti | rejissor, aktyor |
Fəaliyyət illəri | 1980–indiyə kimi |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Bəhram Məcid oğlu Osmanov 1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. 2012-ci ildən 2022-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, teatr xadimi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Esmiralda Osmanovanın həyat yoldaşıdır.
Teatr rejissoru Ayla Osmanovanın atasıdır
Əməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2019-cu ildə[6], 7 may 2020-ci ildə[7] və 7 may 2021-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[9]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Füzuli Dövlət Dram Teatrı
Gəncə Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı
Musiqili Komediya Teatrı
Mingeçevir Dövlət Dram Teatrı
Ağdam Dövlət Dram Teatrı
B. Basanqov adına Kalmık Milli Dram Teatrı
Azərbaycan televiziyası