Apokalipsis: İkinci dünya müharibəsi (film, 2009)

"Apokalipsis: İkinci dünya müharibəsi" (fr. Apocalypse, la 2e Guerre mondiale) — ikinci dünya müharibəsi haqqında altı seriyalı sənədli film. Filmin rejissorları Daniel Kasatelle və İzabella Klarkdır. Sənədli film üçün musiqi Kenci Kavay tərəfindən bəstələnmişdir.

Apokalipsis: İkinci dünya müharibəsi
fr. Apocalypse, la 2e Guerre mondiale
Janr sənədli teleserial[d]
Əsas mövzu İkinci Dünya müharibəsi
Rejissorlar Daniel Kasatelle[1]
İzabella Klark[2]
Prodüser Lui Vodevil[3]
Bəstəkar Kenci Kavay[4]
Distribütor Netflix
İlk baxış tarixi 20 avqust 2009
Filmin növü sənədli film
Müddət 5 saat 20 dəqiqə
Ölkələr Fransa Fransa
Dil fransız dili
İl 2009
Bölüm sayı 6
IMDb ID1508238

Sənədli film yalnız müharibə dövründə hərbi jurnalistlər, əsgərlər, Fransa Müqavimət Hərəkatı üzvləri və sıravi vətəndaşlar tərəfindən çəkilmiş sənədli kadrlardan ibarətdir. Filmdə həm sonradan bərpa edilərək rənglənmiş ağ-qara lentlərdən, həm də bir neçə orijinal rəngli lentlərdən istifadə olunub. Yeganə istisna — Holokost cinayətlərinin orijinalda olduğu kimi ağ-qara təsvir olunduğu səhnələrdi.

Film ilk dəfə avqustun 20-dən 27-dək və sentyabrın 3-də Belçikanın fransızdilli RTBF kanalında nümayiş olunub. Avqustun 23-dən 30-dək və sentyabrın 6-da İsveçrənin fransızdilli Télévision Suisse Romande kanalında və 2009-cu ilin sentyabrın 8-dən 22-dək Fransanın France 2 kanalında nümayiş olunmuşdur. Sənədli film sonralar Amerika Birləşmiş Ştatlarının Smithsonian kanalında, National Geographic[5] və Channel 4 kanalları vasitəsilə Böyük Britaniyada, Kanadada, Niderlandda, Polşada, Rumıniyada, AvstraliyadaAsiya ölkələrində, Finlandiyanın Yle Teema, İtaliyanın Rete 4, İsrailin Israel Broadcasting Authority, Portuqaliyanın RTP2 və İspaniyanın La 2 kanalında nümayiş olunmuşdur. Filmin fransızdilli versiyasında hekayəçi rolunda fransalı rejissor və aktyor Matyö Kassoviç,[6] ingilisdilli versiyasında isə amerikalı rejissor və aktyor Martin Şin çıxış edib.[7]

  1. Təcavüz (1933–1939): Nasizmin yaranması və Almaniya ordusunun Polşaya soxulması.
  2. Sarsıdıcı məğlubiyyət (1939–1940): Dünkerk uğrunda döyüş, Fransa uğrunda döyüş və Britaniya uğrunda döyüş.
  3. Şok (1940–1941): Şimali Afrika kampaniyası, Yuqoslaviya cəbhəsi, Yunanıstan və Krit Adası uğrunda döyüş, Barbarossa əməliyyatı, Leninqradın blokadası, Smolensk döyüşü və Moskva uğrunda döyüş
  4. Dünya alov içində (1941–1942): Pörl Harbora hücum, Miduey döyüşü, Quadalkanal uğrunda döyüş və "Blau" planı.
  5. Böyük quru qoşunları (1942–1943): "Ox" ölkələrinin ilk məğlubiyyətləri, Stalinqrad döyüşü, El-Alameyn yaxınlığında ikinci döyüş, Məşəl əməliyyatı, Tunis kampaniyası, Kursk döyüşü və İtaliya kampaniyası.
  6. Cəhənnəm (1944–1945): İkinci cəbhə, Mərkəzi Avropa əməliyyatı, Almaniyanın kapitulyasiya aktı, Hiroşima və Naqasakinin atom bombardmanı, və Yaponiyanın kapitulyasiya aktı.
  1. "Даниэль Костель". Kinopoisk.ru.
  2. "Изабель Кларк". Kinopoisk.ru. 2012-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  3. "Луи Водевиль". Kinopoisk.ru.
  4. "Кэндзи Кавай". Kinopoisk.ru. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  5. "APOCALYPSE: THE SECOND WORLD WAR". 2009-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-13. (#invalid_param_val)
  6. "Матьё Кассовиц". Kinopoisk.ru. 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  7. "Мартин Шин". Kinopoisk.ru. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]