Apokalipsis (ing. Apocalypto) 2006-cı ildə Mel Gibsonun rejissorluğu ilə çəkilmiş amerikan filmi.
- Meksikada yağan aramsız yağışlar filmin relizinin 4 mart 2006-cı il tarixindən 8 dekabr 2006-cı il tarixinə keçirilməsinə səbəb oldu. Meksika meşələrinin iqlimi çəkiliş komandasını rəqəmsal avadanlıqları gözlənilməz yağmurlardan müdafiə üsullarını düşünməyə məcbur edir.
- Əsas rolların əksəriyyətini o vaxtadək kamera görməmiş Mayya hindularının xələfləri ifa etdilər.
- Şəlalədən tullanma kimi təklükəli səhnəni Rudi Yanqblad sərbəst şəkildə özü yerinə yetirib. O, təhlükəsizlik kəmərinin köməyilə Verakrusdakı binanın 15-ci mərtəbəsindən tullanıb, sonra isə kompüter vasitəsilə bu epizodu şəlalə səhnəsinə əlavə ediblər.
- Mifik qəhrəman obrazı üçün kastinq keçirən Mel Gibsonun diqqətini Rudi Yanqblad çəkmişdi.
- Qəhrəmanlar mayya dilinin Yukatan dialektində danışırdılar.
- Çəkiliş qrupuna Mayya dili müəllimləri daxil edilmişdilər. Öz replikasını dinləyib tələffüz etmək üçün hər bir aktyorun öz pleyeri var idi.
- Çəkilişlər Verakrus və Katemakoda aparılırdı.
- Aktyorlar müstəsna olaraq Amerikanın yerli sakinləri idilər. Onların hamısı mayyalı olmasa da, Amerikanın müxtəlif hindu tayfalarının nümayəndələri idilər.
- Kastinqlər Meksika, ABŞ və Kanadada keçirilirdi.