Aqşin Abdullayev (müğənni)

Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti.

Aqşin Abdullayev
Aqşin Akif oğlu Abdullayev
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr xadimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. İki övladı var.


Uğurları[redaktə | mənbəni redaktə et]

Bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Rusiyanın Kruz vilayətində türkdilli xalqlar arasında keçirilən "Vastoçnaya Bazar" mahnı müsabiqəsində 1-ci yerin, Qazaxıstanda "Estara" müsabiqəsində 3-cü yerin, Türkiyədə keçirilən "Man Akteniz" mahnı müsabiqəsində isə 2-ci yerin sahibidir. Bir çox dövlət tədbirlərində uğurla iştirak etmişdir. O cümlədən Rusiya, Türkiyə, Cənubi Koreya, Avstriya, Qazaxıstan, Tatarıstan, Gürcüstan və başqa ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişdir.

14 may 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konsertini verib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

10 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]