Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).[1]
Aqşin Xəlilov | |
---|---|
Aqşin Ariz oglu Xəlilov | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Şabran, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya institutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyası |
Rəsmi saytı |
Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır.
2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır. 2013-cü ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiyasıyasında Layihələrin Təminatı departamentinin rəhbəridir.
Ailəlidir, iki övladı var.