Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir.
Trend İnformasiya Agentliyi | |
---|---|
Ölkə | Azərbaycan |
Baş direktoru | İlqar Hüseynov |
Baş redaktoru | Emin Əliyev |
Təsis edilib | 1995 |
Redaksiyanin ünvani | Bakı şəhəri, B. Vahabzadə küçəsi, 14 AZ 1141 |
Təsisçi | |
Baş qərargahi | |
Veb-saytı | trend.az |
Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur.
Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb.
Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib.
Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Azərbaycanın bank və kredit sektorunun fəal işıqlandırılmasına görə "Zərdabi" mətbuat mərkəzinin diplomu ilə təltif edilib.
2016, 2017, 2018-ci illərdə "Rusiya-Azərbaycan əməkdaşlığının dəstəklənməsi və inkişafına yaradıcı töhfəsinə görə" Rusiyanın Bakıdakı İnformasiya-Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif olunub.[1][2]
2014-cü ilə nüfuzlu "Uğur" milli mükafatı ilə təltif olunub. Bu mükafat hər il iqtisadiyyat və biznesin inkişafında və möhkəmlənməsində vacib rol oynamış şirkətlərə müxtəlif nominasiyalarda təqdim olunur. Trend İnformasiya Agentliyi "İnformasiya-analitika sahəsinə beynəlxalq miqyasda töhfəsinə görə" nominasiyasında "Uğur" mükafatına layiq görülüb.[3][4]
2012-ci TÜRKSOY Beynəlxalq türk mədəniyyəti təşkilatının türk mədəniyyəti dünyasında təbliğatına töhfəsinə görə təşkilatın xüsusi nətbuat mükafatına layiq görülüb.[5]
Avrasiya Televiziya və Radio Akademiyas "RİA Novosti" agentliyi ilə birgə "Trend"i 2008-ci ildə Avrasiyanın ən dinamik inkişaf edən resursu kimi tanıyıb.
2009-cu ildə "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan" mükafatı ilə təltif olunub.[6]
"Avrasiya regionunda vahid informasiya məkanının formalaşmasına və Azərbaycan-Rusiya əlaqələrinin inkişafına mühüm töhfəyə görə" "Tərəqqi" mükafatı ilə təltif olunub.[7]
Dünya üzrə 18 min çap orqanının və 15 minə yaxın internet saytının, çap KİV-lərinin nümayəndələrinin və digər oyunçuların daxil olduğu iri və nüfuzlu Ümumdünya Xəbər və Qəzet Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvü olub.[8]
"Trend" Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatına (OANA) qəbul edilib.[9]
Agentliyin mükafatları sırasında 2006–2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" mükafatı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |