Aqalaktiya

Aqalaktiyaheyvanlarda süd əmələ gəlməsinin tamamilə kəsilməsi. Aqalaktiyanın səbəbləri: süd vəzisinin irsi olaraq zəif inkişafı, onun yaşla əlaqədar dəyişikliyi, saxlanma şəraitinin pozulması nəticəsində dişi heyvanlarda baş verən stress vəziyyətlər; keyfiyyətsiz yemləmə, laktasiya dövrünün uzanması, sağımın azaldılması, fizioloji yetkinliyə çatmamış dişi danaların mayalandırılması. Südün azalması hipoqalaktiya adlanır. Bu da həmin səbəblərdən baş verir və aqalaktiya ilə yanaşı çox böyük iqtisadi zərər vurur: süd istehsalı azalır, nəsil zəifləyir və hətta məhv olur. Qadınlarda da doğuşdan sonra süd vəzisindəki patoloji dəyişikliklər, yaxud hormonal pozuntularla əlaqədar aqalaktiya baş verir. Müalicəsi xəstəliyin səbəblərindən asılıdır.[1]

Aqalaktiya
XBT-10 O92.3, O92.5
XBT-9 676.4, 676.40
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 273. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]