Aqata Harkness (ing. Agatha Harkness) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən personaj. Yazıçı Sten Li və rəssam Cek Körbi tərəfindən yazılmış personaj, ilk dəfə Fantastik dördlük #94 komiksində (oktyabr, 1969) debüt etmişdir.[1] Güclü cadugər olan Aqata Harkness, Salem cadugər məhkəmələrində iştirak etmiş orijinal cadugərlərdən biridir.[2] Personaj, Frenklin Riçardsın quvernyoru, Fantastik Dördlüyün müttəfiqi kimi təqdim edilmişdir.[3] O, Qırmızı cadugər/Vanda Maksimoffa magiya sənətini öyrətmişdir.[4] Aqata Harkness supercani Nikolas Skretçin anasıdır. Aqata Harkness həm də, "Azadlığın qızları" adlı komandanın üzvü olmuşdur.[5] Əvvəlcə yaşlı qadın kimi təqdim olunsa da, sonradan personaj gəncləşmiş və gücünü artıra bilmişdir.[6]
Aqata Harkness | |
---|---|
ing. Agatha Harkness | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Fantastik Dördlük" #94 (yanvar, 1970) |
Yaradıcı(lar) |
Sten Li Cek Körbi |
Xüsusiyyətlər | |
Əsl adı | Aqata Harkness |
Cinsiyyəti | qadın[d] |
Saç rəngi | qara |
Növü | insan |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Azadlığın qızları Yeni Salem cadugərləri Qəribə Akademiya |
Partnyorları |
Fantastik Dördlük Qırmızı cadugər |
Düşmənləri | Prof. Emeritus Harkness |
Gücləri |
|
Marvel Kinematoqrafiya Kainatına daxil olan "Vanda/Vijn" miniserialında (2021) Aqata Harkness personajı aktrisa Ketrin Han tərəfindən canlandırılmışdır. Han, 2024-cü ildə təqdim ediləcək "Hamısı Aqatadır" miniserialında rolunu təkrar edəcək.
Aqata Harkness ilk dəfə Frenklin Riçardsın quvernyoru kimi təqdim edilmişdir.[7] Riçardsı oğurlamağa gələn Dəhşətli Dördlüyü rahatlıqla dəf edən Harkness, Fantastik Dördlük qarşısında etiraf edərək cadugər olduğunu bildirir.[8][9] Daha sonra, Harkness, Annihilusa qarşı döryüşdə Fantastik Dördlüyə kömək edir.[10]
Oğlu Nikolas Skretçin fəaliyyəti nəticəsində, Aqatanın daha əvvəl naməlum olan Kolorado ştatında qurulmuş cadugər koloniyası – Yeni Salemin üzvü və rəhbəri olduğu ortaya çıxır. Şəhəri nəzarəti altına alan Skretç, əhalini inandırır ki, Fantastik Dördlük ilə işləyən Aqata gizli cəmiyyətin sirlərini onlara açmışdır. Nyu-Salem üzvləri Aqata və Frenklini qaçıraraq geri qaytarırlar və məhkəmə qarşısına çıxarmağı planlaşdırırlar.[11] Onları izləyən Fantastik Dördlük Aqatanın Skrteçdən olan nəvələrinin yaratdığı Salem Yeddiliyi adlı dəstə ilə münaqişəyə girir. Fantastik Dördlük Aqata və Frenklini azad edir. Skretçin caniliyi Yeni Salem əhalisinə bəlli olduqda, o, hakimiyyətdən məhrum edilir və başqa reallığa qovulur.[12] Bundan sonra, Aqata, Qırmızı cadugərin sehr müəllimi olaraq, ona cadugərliyin sirrlərini öyrədir.[13]
Skretç və Salem Yeddiliyi qayıtdıqda Aqata onların dünyanı ələ keçirmək planlarının qarşısını alır.[14]
Salem yeddiliyi yenidən Yeni Salemi ələ keçirir. Aqatanı ələ keçirən canilər, tonqalda yandıraraq öldürürlər; lakin, bir müddət sonra, Vanda ilə əlaqəyə keçən Aqata, astral formada varlığını davam etdirdiyini bildirir. Vanda və Salem Yeddiliyi arasındakı döyüşdə cəmiyyətin bütün gücünü sömürən komanda, onlar üzərində nəzarəti itirir. Vanda enerjisinin bir hissəsini ələ keçirərək, Yeddiliyə qarşı istifadə etsə də, bu şəhərin tamamilə dağılmasına səbəb olur. Aqatanın astral formasının məsləhəti ilə, Vanda, enerjinin qalan hissəsini android olan həyat yoldaşı Vijndan hamilə qalmaq üçün istifadə edir.[15]
Vandanın uşaqları qəribə davranış nümayiş etdirməyə (qısa müddətlik itib sonra yenidən peyda olurdular) başladıqda, Aqata, yenidən sağ-sağlam şəkildə peyda olur; sevimli əri ilə yanaşı Vanda həm də psixi stabilliyini itirir; Aqata necə dünyaya qayıtmasını izah etmir.[16] Mefisto, Qırmızı cadugərin uşaqlarının əslində onun ruhunun parçaları olduğunu bildirir və geri alır, bu zaman, Aqata uşaqlarla bağlı xatirələri Vandanın yaddaşından silir və psixi zədələrin qarşısını almağa çalışır. Lakin, Vandanın, İmmortusun mürəkkəb siyasi oyununa alət olduğunu görən Aqata, həmin xatirələri bərpa edir. Bundan sonra, Aqata İmmortusa qarşı döyüşdə Qisasçılara kömək edir.[17]