Aqil Dadaşov

Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru.

Aqil Dadaşov
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Mükafatları "Əməkdar mədəniyyət işçisi", "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalı, "Əməkdar jurnalist"

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür. "Əməkdar mədəniyyət işçisi" fəxri adına, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalına, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının mükafatlarına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Aqil İsax oğlu Dadaşov "Əməkdar jurnalist" Fəxri adına layiq görülmüşdür. Aqil Dadaşov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Ülfət" qəzeti Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanı" (Azərbaycan). ahik.org. 2020-02-03 tarixində arxivləşdirilib.