Aqil Qasımov

Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri.

Aqil Qasımov
Qasımov Aqil Qadir oğlu
Doğum tarixi (50 yaş)
Doğum yeri Zeynəddin, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yerləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, laboratoriya müdürü
Təhsili Naxçıvan Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur.

1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur.

1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir.

1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir.

2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir.

2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır.

2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür.

1. "Naxçıvan Muxtar Respublikasının Onurğasızlar Faunasının Taksonomik Spektri", Naxçıvan, 2014, 320 s.; monoqrafiyasının həmmüəllifidir.

2. "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının zərərverən həşəratları və onların entomofaqları", Naxçıvan, 2015,144 s.; monoqrafiyasının müəllifidir.

3. "Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər atlas" Bakı-2018, 505 s. həmmüəllifidir.

Bilavasitə ölkə daxili və xaricində 33 elmi məqalənin müəllifi və həmmüəllifidir.

2016–2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi yanında Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekspertiza Mərkəzində direktor müavini işləmişdir.

2018–2019-cu illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitunun Bakı regional 2 saylı sınaq laboratoriyasında entomologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2019-cu ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Meyvəli Sınaq Laboratoriyasının müdirü vəzifəsi həvalə edilmişdir. 02.11.2021 tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrologiya İnstitutunun Bitki Mühafizəsi şöbəsi, böyükelmi işçi, entomoloq. 26.01.2023 Azərbaycan Respublikası BakıŞəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq Naxçıvan MR-in çəyirdəkli meyvə bağlarında yayılmış zərərverici cücülərin və onların entomofaqlarının növ tərkibi ətraflı tədqiq edilmişdir. Belə ki, meyvə bağlarında 4 dəstəyə, 23 fəsiləyə və 50 cinsə mənsub olan 59 növ zərərverici aşkar edilmişdir. Bunlardan dominant hesab olunan 24 növün bioekoloji xüsusiyyətləri, təssərrüfat əhəmiyyəti, ciddi zərərverən 6 növün fenologiyası və 14 növün isə parazit və yırtıcıları aşkar edilmişdir. Aşkar edilmiş zərərvericilərdən 4 növü Azərbaycan faunası və 25 növü Naxçıvan MR faunası, 56 növ entomofaqdan isə 5 növü Azərbaycan faunası və 4 növü isə Naxçıvan MR faunası üçün ilk dəfə qeyd olunmuşdur. Zərərverici cücülərin bölgənin rayonları üzrə yayılması, çəyirdəkli meyvə ağaclarının onlarla yoluxma dərəcəsi haqqında məlumatlar ilk dəfə qeyd edilmişdir. Entomofaqların növ tərkibi, sahib-parazit münasibətləri, 13 perspektivli entomofaqın bioekoloji xüsusiyyətləri öyrənilmiş, zərərvericilərin sayının tənzimlənməsində onların rolu qiymətləndirilmişdir. İlk dəfə olaraq Naxçıvan MR şəraitində meyvə zərərvericilərinin və onların təbii düşmənlərinin həyat fəaliyyətinə təsir edən ekoloji amillərin rolu araşdırılmışdır. İşin praktiki əhəmiyyəti. Parazit və yırtıcılardan 13 növünün (Bracon hebetor Say 1836, Meteorus versicolor (Wesmael 1835)., Macrocentrus bicolor Curtis 1833., Diadegma armillata (Gravenhorst 1829)., Scambus calobatus (Gravenhorst 1829)., Ageniaspis fuscicollis (Dalman 1820)., Copidosoma varicorne (Nees 1834)., Goniozus claripennis (Foerster 1851)., Adalia (Adalia) bipunctata (Linnaeus 1758)., Chilocorus bipustulatus (Linnaeus 1758)., Calosoma (Calosoma) sycophanta (Linne 1758)., Dermestes (Dermestes) lardarius Linnaeus 1758., Chrysoperla carnea (Stephens 1836) bioekoloji xüsusiyyətləri, bəzilərinin fenologiyası, zərərvericilərin biotənzimlənməsində onların rolu və təsərrüfat əhəmiyyəti geniş öyrənilmiş, onlardan zərərvericilərə qarşı bioloji mübarizədə istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir. Tədqiqat işinin nəticələrinə əsasən zərərvəricilərin sayının aşağı salınmasında xüsusi rol oynayan parazit və yırtıcı növlərin laboratoriya şəraitində çoxaldılması və meyvə bağlarına buraxılmasının nəzəri əsasları işlənilib tədbiq üçün planlaşdırılmışdır. Tədqiqat işinin nəticələri meyvəçilik sahəsində rentabelliyin yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və bölgə entomofaunası haqqında elmi təsəvvürlərin zənginləşməsinə xidmət edir[1].

A. Q. Qasımov Naxçıvan Muxtar Respublikasının Onurğasızlar Faunasının Taksonomik Spektri (2014) monoqrafiyasının həmmüəllifi, Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən həşəratlar və onların entomofaqları (2015) monoqrafiyasının, o cümlədən, Azərbaycan Respublikası üçün Karantin Əhəmiyyətli Zərərli Orqanizmləri Atlasın (2018) həmmüəllifidir. Azərbaycan Zooloqlar Cəmiyyətinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin üzvüdür.

Kitab və monoqrafiyaları[redaktə | mənbəni redaktə et]

  1. Bayramov A. B., Məhərrəmov M. M., Məmmədov İ. B., Məmmədov A. F., Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasının Onurğasızlar Faunasının Taksonomik Spektri. Naxçıvan: Tusi, 2014, 235 s.
  2. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən həşəratlar və onların entomofaqları, Naxçıvan, 2015
  3. Qasımov A. Q və həmmüəlliflər. Azərbaycan Respubilkası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər. Atlas. Bakı, Elm və təhsil.s.505.2018

Elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  1. Qasımov A. Q., Babayeva Z. Y. Meyvə ağaclarına zərərverən mənənələr, yemişan kəpənəyi və onların entomofaqları // Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin Bilgi dərgisi. Bakı, 2004, № 6. s. 87–89
  2. Qasımov A. Q. Naxçıvan MR-in meyvə ağaclarına zərərverən albalı mişarçısı (Caloria cerasi) və ona qarşı aparılan mübarizə tədbirləri / Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi. Naxçıvan MR-80 Bakı: Elm, 2004. s. 254–256
  3. Qasımov A. Q. Gavalı meyvəyeyəni (Laspeyreysiya funebrana), onun bioloji xüsusiyyətləri və entomofaqları / Azərbaycanda elmin inkişafı və regional problemlər. AMEA-60 Bakı: Nurlan, 2005. s. 450–453
  4. Qasımov A. Q. Meyvə bağlarında bol məhsul/ "Şərq qapısı" qəzeti. 26 mart. 2005. səh 3.
  5. Qasımov A. Q. Şahbuz rayonu ərazisində çəyirdəkli meyvə ağaclarında yayılmış zərərverici həşəratların bioekoloji xüsusiyyətləri və onların entomofaqları // AMEA Zoologiya İnstitutunun əsərləri, XXVIII cild. Bakı: Elm, 2006. s. 404–408
  6. Qasımov A. Q. Ordubad və Culfa bağlarının zərərverici mənənələri (HOMOPTERA, APHIDINEA və onların bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, № 3. s. 55–58
  7. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasının dağətəyi zonasında çəyirdəkli meyvə ağaclarının zərərvericilərinin və onların entomofaqlarının öyrənilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, № 5. s. 78–81
  8. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikası şəraitində şaftalı ağaclarının əsas zərərvericiləri və onların bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2007, № 2. s. 190–194
  9. Qasımov A. Q. Dermestes lardarius L. və Calosoma sycophanta L. (Coleoptera) növlərinin bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2007, № 4. s. 182–185
  10. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının əsas zərərvericiləri, onların bioekoloji xüsusiyyətləri və təbii düşmənləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2007, № 5–6. s. 136–144
  11. Энтомофаги-биорегуляторы вредителей косточковых плодовых культур в условиях // Нахчыванской Автономной Республики Азербайджана Известия Дагестанского государственного педагогического университета. Естественные и точные науки, Махачкала, 2008, № 4. c. 54–57
  12. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının əsas zərərvericiləri // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. I cild. Bakı: Elm, 2008. s. 271–275
  13. Məmmədov. Z. M., Qasımov A. Q. Təsərrüfat əhəmiyyətli entomofaqların bioekoloji xüsusiyyətləri. // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2009, № 1–2.s. 131–135
  14. Məmmədov Z. M., Qasımov A. Q. Naxçıvan MR meyvə bağlarında mühit amillərinin zərərverici və entomofaqların bioloji fəaliyyətinə təsiri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, № 2. s. 218–222
  15. Qasımov A. Q. Zərərli yastıca (Homoptera, Diaspididae) növlərinin morfoloji və bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, № 2. s.190–194
  16. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasının çəyirdəkli meyvə zərervericilərinin növ tərkibi və onların zərər verdiyi bitkilər // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild. Bakı: Elm, 2010. S. 289–294
  17. Qasımov A. Q. Parlatoria oleae Colve və Diaspidiotus marani Zahr. (Homoptera, Diaspididae) növlərinin morfoloji və bioekoloji xüsusiyyətləri haqqında // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, cild 6, № 4. 208–213
  18. Qasımov A. Q. Adalia bipunctata Linnaeus, 1758 (Coleoptera, Coccinellidae) növünün bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, cild 7, № 2. S. 232–237
  19. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikası faunasının sincabaoxşar güvələri (Yponomeutidae) və onlarin parazitləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, cild 7, № 4. s. 198–203
  20. Байрамов А.Б., Магеррамов М.М., Мамедов А.Ф., Гасымов А.Г. Некоторые особенности Tubifex tubifex Müller (1774) в условиях Нахчыванского водохранилища. Materily VII mezinarodni vedecko-prakticka konference: Effektivni nastroje modernich ved-2011. Dil 16. Lekarstvi. Biologicke vedy. Praha: Publishing House (Education and Science), 2011. с. 21–25
  21. Qasımov A. Q. Tumlu meyvə ağaclarının zərərverici həşəratlarının növ tərkibi və bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2012, cild 8, № 2. S. 192–198
  22. Магеррамов М.М., Байрамов А.Б., Мамедов А.Ф., Гасымов А.Г. К изучению пчелиных рода Bombus Latreille, 1802 (Hymenoptera, Apoidea, Apidae) фауны Нахчыванской Автономной Республики Азербайджана. Материали за 8-а международна научна практична конференция, Бъдещите изследвания-2012. Том 30. Селско стопанство. Ветеринарна наука. София: Бял ГРАД-БГ ООД, 2012.c 82–87
  23. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikası faunasının sincabaoxşar güvələri (Yponomeutidae) və onlara qarşı mübarizə tədbirləri // AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu. Naxçıvan, 2012 Buklet. s. 3–10
  24. Qasımov A. Q. Bioloji mübarizə üsulunda istifadə edilən entomofaqların bioekoloji xüsusiyyətləri mövzusunun tədrisi metodikası // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2012, № 3. S. 101–105
  25. Qasımov A. Q. Şahbuz rayonunda tumlu meyvə ağaclarının zərərverici həşəratları və onların entomofaqları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2013, cild 9, № 4. s. 226–232
  26. Гасимов А.Г. Чешуекрылые вредители плодовых насаждений Нахчыванской AP Азербайджана. Материали за X международна Научна Практична Конференция "Настоящи изследвания и Развитие-2014" 17–25 януари, 2014 Том 22 Биологии София "Бял ГРАД-БГ" ООД 2014 с. 51–56
  27. Qasımov A. Q. Culfa rayonunda tumlu meyvə ağaclarinin zərərvericiləri // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. 6 cild. № 1. Bakı: Elm, 2014, s. 118–123
  28. Bayramov A. B., Məhərrəmov M. M., Məmmədov İ. B., Məmmədov A. F., Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasının Onurğasızlar Faunasının Taksonomik Spektri. Naxçıvan-2014, "Əcəmi" nəşriyyat-Poliqrafiya Birliyi, 235 s
  29. Qasımov. A. Q. Rəsulzadə H. S. Seyidov M. C Naxçıvan Muxtar Respublikası şəraitində meyvə ağaclarının zərərvericiləri və onların entomofaqlarının öyrənilmə dərəcəsi // Aqrar elmi və təhsilin innovativ inkişaf: Dünya təcrübəsi və müasir prioritetlər. Beynəlxalq elmi-praktik konfrans materialları I cild Gəncə 2015. s. 162–168
  30. Qasımov H. Z. Qasımov. A. Q. Naxçıvan Muxtar Respublikası ərazisində becərilən aborogen armud sortları və onların istifadə isiqamətləri. Kənd təsərrüfatının inkişafı: reallıqlar və perespektivlər Naxçıvan 2015. s. 243–246
  31. Məhərrəmov. M. M Qasımov. A. Q. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yayılmış hörümçəklərin (Arachnida, Aranea) fauna biomüxtəlifliyi. // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015. № 2 s. 230–238
  32. Naxçıvan Muxtar Respublikası şəraitində çəyirdəkli meyvə ağaclarının başlıca zərərvericilərinin morfo-bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti. // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015. № 2 s. 204–216
  33. Qasımov. A. Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən həşəratlar və onların entomofaqları monoqrafiya Naxçıva- 2015, "Əcəmi" nəşriyyat-Poliqrafiya Birliyi, 144 səh.
  34. Naxçıvan Muxtar Respublikasının Babək Rayonunda Tumlu meyvə ağaclarının zərərverici həşəratları və onların entomofaqları. // Aqrar Elmin İnkişafı, Ərzaq Təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməktaşlıq 8-ci Beynəlxalq Elmi-Praktiki Konfransın materialları II Cild, s. 65–68.
  35. . Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər Atlas Bakı −2018. 505 səh.
  36. Qəhrəmanov Şaməddin, Qasımov Aqil, Məmmədov Hüseyn. "Abşeronda Finik palmasının təhlükəli zərərvericisi-qırmızı palma bğcəyi (RHynchophorus ferrugineus Oliver)", Elm və Həyat № 4 (474), 2021. Səh. 116–118
  37. Qəhrəmanov Şaməddin, Məmmədov Hüseyn, Qasımov Aqil. "Abşeronda şam ağaclarının sanitar durumunun yaxşılaşdırılması yolları". Elm və Həyat № 3 (477), 2022. səh.96–99

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qasımov A. Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları: Biol. elm. nam. … dis. avtoref., Bakı, 2009, 20 s.

Mənbə[redaktə | mənbəni redaktə et]