Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Aqil Səmədbəyli (15 sentyabr 1968, Zərkənd, Basarkeçər rayonu) — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi.
Aqil Səmədbəyli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1968 (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub.
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib.
O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir.
Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir.[1]
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir.[2]
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır.
Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır.
Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.