Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyyət göstərir.
Arzu Səmədbəyli | |
---|---|
27 dekabr 2010[1] – 27 dekabr 2014[2] | |
Əvvəlki | Sülhəddin Əkbər |
Sonrakı | Nüşabə Sadıxlı |
2004 – 2010 | |
Başqan | İsa Qəmbər |
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 8 saylı Binəqədi birinci |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Oqtay Əsədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1962 (62 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.[3]
1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.[4]
1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib.[4]
Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.
Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.[5]
1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə).
2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı. Klassiklər qanadında narazı olan qüvvələr Elçibəy-Rəsulzadə fraksiyası yaratmışdır. Bu fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oqtay Qasımov, Qubad İbadoğlu başda olmaq üzərə ümumi 22 nəfər daxil idi. Fraksiya daha sonra Müsavat Partiyasına birləşmişdir. Arzu Səmədbəyli 2004-cü ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası başqanının müavini (2004–2010), Müsavat Məclisinin sədri (2010–2014), həmçinin Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvü olmuşdur.[5]
2005–2010-cu illərdə millət vəkili olmuş, Milli Məclisdə isə İnsan hüquqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.[5]
Hal-hazırda Müsavat Partiyası Məclisinin üzvüdür. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir.[6]